FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


 L. Feyerbaxın antropoloji materializmi



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə64/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   60   61   62   63   64   65   66   67   ...   132
Fəlsəfə mühazirə

 
5. L. Feyerbaxın antropoloji materializmi
 
Klassik alman fəlsəfəsinin sonuncu böyük nümayəndəsi
Lüdviq Feyerbax 
(1804-
1872) idi. Onun tarixi xidməti XVIII əsr materializminin mütərəqqi 
ən"ənələrini dirçəldib inkişaf etdirməsi, öz dövrü üçün böyük əhəmiyyət kəsb 
edən antropoloji tə"limi yaratması olmuşdur. O, gənc ikən Hegelin obyektiv 
idealizminin tə"siri altında idi. Bu onun "Vahid, universal və sonsuz zəka 
haqqında" adlı namizədlik dissertasiyasından da aydın görünür. Sonralar Feyerbax 
Hegel fəlsəfəsindən uzaqlaşır, onun idealizmindən imtina edir. "Hegel fəlsəfəsinin 
tənqidinə dair" əsərində o, artıq materializm mövqelərində dururdu. 1841
-
ci ildə 
Feyerb
axın "Xristianlığın mahiyyəti" adlı əsəri dərc edilmişdi. Bu kitab o zaman çox 
böyük əks
-
sədaya səbəb olmuş, "qaranlıqdakı şimşək kimi parlamışdır".
Feyerbax özünün bu əsərləri ilə XIX əsrin birinci onilliklərində Hegel 
idealizmini sıxışdıraraq materializmi bərpa etmişdir. Həmin illərdə Feyerbax 
metafizik materializmin görkəmli nümayəndəsi kimi çıxış edirdi. Onun 
materializmi antropoloji materializm idi. Bu fəlsəfənin çıxış nöqtəsində insan 
dayanır. O, insanı təbii
-
bioloji varlıq kimi xarakterizə edir, sübut etməyə çalışırdı 
ki, insanın bədəni (cismani varlığı) birinci, onun şüuru isə ikincidir.
Feyerbaxın fəlsəfi antropologiyasının əsasını təbiət haqqında, materialist 
tə"lim təşkil edirdi. O göstərirdi ki, təbiət yeganə reallıqdır, insan isə onun ən ali 
məhsulu, inkişafının yekunudur. Onun fikrincə, təbiət əbədidir: o zamanca sonsuz, 
məkanca hüdudsuzdur. Yalnız insan onun məkanda yer tutumuna hədd qoyur. O 
deyirdi: "Təbiətin nə başlanğıcı, nə də sonu vardır. Burada hər şey qarşılıqlı 


tə"sirdədir, hər şey nisbidir, hər şey zamanda həm hərəkətdir, həm də səbəbdir, 
hərtərətli və qarşılıqlıdır..."
Bütün bunlara baxmayaraq, Feyerbax hətta, bə"zən özünü materialist 
adlandırmaqdan imtina edirdi. O yazırdı ki, mən materialist deyiləm, çünki mənim 
üçün materiya boş bir abstraksiyadır. Feyerbax göstərirdi ki, biz materiyanı deyil, 
yalnız müəyyən hiss edilən şeyləri məsələn, suyu, odu, insanları və heyvanları 
qavrayırıq. Bu 
fikir
 
ondan irəli gəlirdi ki, o yalnız hisslərlə qavranılan, yə"ni fərdi 
olaraq hiss edilən predmet və hadisələri sırf maddi hesab edirdi. Feyerbax qeyri
-
müəyyən materiyanı, substansiyanı qəbul etmirdi.
Feyerbax XVIII əsrin materialist ən"ənələrini davam etdirərək, idrakın 
sensualist nəzəriyyəsini inkişaf etdirmişdir. Feyerbaxın nəzərincə, real aləm 
hisslərlə qavranılan gerçəklikdir. Yalnız hissi qavrayış vasitəsi ilə dünyanı dərk 
etmək olar. Hissi idrakın yüksək qiymətləndirilməsi heç də o demək deyildir ki, 
Feyerbax nəzəri təfəkkürün idraki əhəmiyyətini qəbul etmirdi. Əksinə, Feyerbax 
yazırdı ki, “biz hisslər vasitəsilə təbiət kitabını oxuyuruq, ancaq onu hisslərlə deyil, 
nəzəri təfəkkürlə anlayırıq”.
Feyerbax fəlsəfəsinin məhdud cəhətləri:
1.
Feyerbax Hegel fəlsəfəsinin səmərəli toxumunu onun idealizmindən ayıra 
bilməmişdir. O, Hegelin idealizmi ilə birlikdə onun dialektikasını da inkar etmişdir.
 
2.
Feyerbax insanın mahiyyətini mücərrəd tərzdə anlayır, onu ictimai, sosial, 
iqtisadi münasibətlərdən kənarda götürürdü. O, başa düşə bilməmişdir ki, insan 
ictimai 
münasibətlərin
məcmusudur. Feyerbax insanı yalnız bioloji varlıq kimi səciyyələndirmişdir.
3.
İdrak nəzəriyyəsinə bütövlükdə materialistcəsinə yanaşan Feyerbax, onun 
bə"zi məsələlərinin izahında idealizmə yuvarlaşmışdı. Məsələn, Feyerbax 
bəşəriyyətin ictimai
-
tarixi praktikasının həqiqətin me"yarı olduğunu başa 
düşmürdü. Həqiqətm me"yarının mahiyyətini 
idealistcəsinə izah edirdi.
4.
Feyerbax seyrçi materializmin tipik nümayəndəsi idi, o, fəlsəfənin 
vəzifəsini yalnız dünyanın dərk edilməsində görürdü, onu deyişdirmək məqsədini 
qarşıya qoymurdu. 
5.
Feyerbax təbiət hadisələrinin izahında materializm mövqelərindən, sosial 
hadisələrin izahında isə idealizm mövqelərindən çıxış edirdi.


Bu məhdudiyyətlərə baxmayaraq, Feyerbax fəlsəfə tarixinə materializmin ən 
böyük nümayəndəsi kimi daxil olmuşdur. Onun fəlsəfi sistemi ilə klassik alman 
fəlsəfəsi başa çatmışdır.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin