xassəsi ilə üzvi əlaqədədir. Materiyanın şüura nəzərən birinciliyinin və onun
möv
cudluğunun şüurdan asılı olmamasının qəbul edilməsi materiyanın
substansiya kimi səciyyələndirilməsini fərz edir. Bu sonuncusu əsas qnoseoloji
məsələ daxilində materiya və şüurun bir
-
birinə qarşı qoyulmasının nisbiliyini
aşkara çıxararaq göstərir ki, həmin
əksliyin yalnız çox məhdud bir hüdud daxilində
mütləq əhəmiyyəti vardır: burada onun əhəmiyyəti yalnız onlardan hansının
birinci və hansının ikinci götürülməsi kimi əsas qnoseoloji məsələ dairəsindədir. Bu
dairədən kənarda mə'lum olur ki, onların hər ikis
i mövcuddur.
Fəlsəfi kateqoriya kimi materiya anlayışı onun haqqındakı təbii
-elmi
təsəvvürlərlə əlaqədar olsa da, ondan əsaslı surətdə fərqlənir. Materiyanın fəlsəfi
anlayışı öz əhatə dairəsinə görə onun haqqındakı təbii
-
elmi təsəvvürlərdən daha
geniş olub, sonuncular inkişaf etdikcə daha da zənginləşir. Lakin bu anlayış daha
geniş və ümumi olduğundan idrakın inkişafı gedişində əsaslı dəyişikliklərə məruz
qalan, bəzən hətta aradan qalxaraq yeniləri
ilə əvəz olunan təbii
-elmi
təsəvvürlərdən fərqli olaraq
heç vaxt kökündən dağılaraq aradan qalxmır. Buna
görə də materiyanın fəlsəfi anlayışını qətiyyən onun haqqındakı konkret
təsəvvürlərlə eyniləşdirmək olmaz. Çünki bunlar fəlsəfi və təbii
-elmi kimi iki
müxtəlif məsələdir və onların eyniləşdirilməsi XIX
-
XX əsrlərin qovşağında
olduğu
kimi, materiya anlayışına qarşı mübarizəsində idealizmə əsas verir.
Məlum olduğu kimi, materiyaya mexaniki
-
metafizik baxış XIX əsrin
sonunadək öz hakim mövqeyini saxlamışdı. Doğrudur, XIX əsrin son rübündə bəzi
təbiətşünaslar (rus
kimyaçısı D.İ. Mendeleyev, ingilis alimləri V.Kruks və
E.Rezerford) atomu nə isə dəyişməz,
əbədi və ən sadə bir şey, materiyanın
“bölünməz” və “sonuncu” hissəciyi sayan hakim fikrə şərik olmayaraq
onun
mürəkkəbliyini söyləmişdilər. F.Engels də 80
-
ci illərdə atomun mürəkkəbliyi fikrinə
şərik çıxaraq yazırdı:”atomlar heç də bəsit bir şey deyildir. Maddənin bizə məlum
olan, ümumiyyətlə, ən kiçik hissəciyi deyildir”. Bununla belə materiyaya metafizik
baxış XIX
əsrin sonlarınadək davam etmişdir.
Yalnız XIX əsrin sonlarında fizikadakı bir sıra kəşflər, xüsusilə radioaktivliyin
(1896) və elektronun kəşfi (1897) sayəsində atomun mürəkkəbliyi və dəyişkənliyi,
bir kimyəvi elementin atomunun digər elementin atomuna çevrilənliyi aşkar
edildi. Məlum oldu ki, atomlar daha kiçicik materiya hissəciklərindən təşkil
olunmuş mürəkkəb sistemlərdir. Bu kəşflərin mahiyyətini
başa düşməyən və
materiyanın fəlsəfi anlayışını onun haqqındakı təbii
-
elmi təsəvvürlərlə
eyniləşdirən maxistlər “fiziki” idealizm mövqeyindən çıxış edərək hə
min
təsəvvürlərin aradan qalxmasını materiyanın özünün aradan qalxaraq “yox
olması” kimi izah etdilər.
Bu, maxistlərin materiyanın fəlsəfi anlayışı ilə onun
haqqındakı təbii
-
elmi təsəvvürlərin münasibətini anlamadıqlarını göstərir. Yalnız
fəlsəfə üçün deyil, həm də fizika və bütövlükdə təbii
-elmi
idrak üçün mühüm
metodoloji əhəmiyyəti olan bu məsələni ancaq dialektikanın tətbiqi əsasında
aydınlaşdırmaq mümkündür. Həmin məsələyə dialektikcəsinə yanaşdıqda aydın
olur ki, dünyanın hər bir konkret, elmi (mexani
ki, elektromaqnit, kvant-mexaniki
və s.) mənzərəsində bir
-
birilə bağlı olan iki cəhət vardır: təbii
-
elmi və fəlsəfi.
Materiyanın quruluşu və xassələri haqqında təbii
-
elmi nəzəriyyələr maddi
cisimlərin
quruluşu, onların hərəkət formaları, qarşılıqlı təsirləri haqqında
təsəvvürləri ilə, bu maddi obyektlərə, nə kimi konkret fiziki və kimyəvi xassələr
isnad verilməsi ilə fərqlənir. Materiya haqqında nəzəriyyənin fəlsəfi cəhətinə
gəldikdə isə o, fiziki məzmunca müxtəlif olmasına baxmayaraq, fiziki aləmin
maddili
yinin, obyektivliyinin qəbul olunması ilə bağlıdır.
Dostları ilə paylaş: