FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


Tarixi inkişaf baxımından materiyanın



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə74/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   70   71   72   73   74   75   76   77   ...   132
Fəlsəfə mühazirə

Tarixi inkişaf baxımından materiyanın 
üç səviyyəsini, növünü, yaxud formasını fərqləndirmək olar: a) qeyri
-üzvi, yaxud 
cansız materiya, b) üzvi, yaxud canlı materiya, v) ictimai
-
mütəşəkkil materiya.
Materiyanın birinci formasına bütün cansız təbiət və onun müxtəlif sistemləri
ikinci formasına bütün canlı, yaxud bioloji sistemlər, üçüncü formasına bütün 
ictimai sistemlər, onların müxtəlif növləri daxildir. Materiyanın inkişaf 
səviyyələrinin, növlərinin hər biri olduqca mürəkkəb olub, çox müxtəlif 
ünsürlərdən təşkil olunmuş sistemlər kimi çıxış edirlər.
3. Hərəkət materiyanın mövcudluq formasıdır
 
İnsanların gündəlik təcrübəsi və təbiətşünaslığın verdiyi faktlar beləbir 
ü
mumfəlsəfi nəticə çıxarmağa imkan verir ki, dünyada mütləq sükunətdə olan heç 
bir reallıq mövcud deyildir. Bizi əhatə edən hər bir predmet və hadisədə həmişə 


bir-
birinə əks olan iki momenti görmək mümkündür: bir tərəfdən obyekt öz 
keyfiyyət müəyyənliyini, bütövlüyünü və dayanıqlığını müəyyən zaman intervalı 
ərzində qoruyub saxlayaraq, sanki özünə bərabər qalır. Digər tərəfdən isə bəşər 
praktikas
ı sübut edir ki, əbədi olan heç nə yoxdur; obyektin özünün
-
özünə bərabər 
qalması nisbi xarakter daşıyır, çünki onda baş verən aramsız dəyişiklik prosesi gec
-
tez predmetin yox olub getməsinə, yeninin yaranmasına gətirib çıxarır. Predmet 
və ya hadisənin sabitliyi, onun dayanıqlığı müvəqqəti, bu dayanıqlığın pozulmasına 
gətirib çıxaran dəyişilmələr isə arasıkəsilməz proses olduğundan obyektlərin zəruri 
tərəfləri kimi çıxış edən sükunət momenti nisbi, dəyişkənlik isə mütləq xarakter 
daşıyır. Dünyaya olan bu dinamik baxış tarixən müxtəlif formalar alan fəlsəfi 
hərəkət konsepsiyanı meydana gətirmişdir.
Fəlsəfədə 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin