. Məhz insan
şüurundan xaricdə və ondan asılı olmadan obyektiv reallıq kimi mövcud olanı
ifadə etmək üçün fəlsəfədə materiya anlayışı işlədilir.
Onun haqqında ilk
təsəvvürlər hələ qədim fəlsəfədə irəli
sürülm
üşdür.
Materiyanın növləri, quruluşu və xassələri barədə o zaman irəli sürülən və
təbiətşünaslığa aid olan bu məsələ onun tərəfindən, həm də təbiətin
eksperimental tədqiqi əsasında, təbiət haqqında məsələləri zəruri təcrübi faktlara
əsaslanmayan əqli quraşdırmalar vasitəsi ilə həll etməyə çalışan və özünü "elmlər
elmi" kimi qələmə verən naturfəlsəfə mövqeyindən həll olunurdu. Həmin
mövqedən çıxış edərək bütün mövcudatın ilk əsasını tapmağa çalışan Qədim Dövr
materialistləri belə əsas kimi götürdükləri materiyanı onun bilavasitə duyğu ilə
qavranılan konkret növlərindən birinə, yaxud bir neçəsinə müncər edirdilər.
Məsələn, Qədim Şərq (Misir, Hind, Çin) fəlsəfəsində od, su, torpaq, hava və s.
kimi ünsürlər bütün şeylərin əmələ gəldiyi və məhv olaraq çevrildiyi ilk əsas kimi
götürülürdü. Şeylərin bu ilk əsasmı və başlanğıcını Qədim Yunan fəlsəfəsində
Milet məktəbinin (e.ə.VI
-
V əsrlər) nümayəndələrindən Fales suda, Anaksimen
havada görürdü. Həmin filosofları nəzərdə tutaraq Aristotel yazmışdı ki, onlar
ancaq bir maddi başlanğıcı, məhz bütün şeylərin ibarət olduğu hər şeyin əmələ
gəldiyi və məhv olaraq ona çevrildiyi şeyi bütün cisimlərin başlanğıcı saymışlar.
Həmin məktəbin digər nümayəndəsi Anaksimandr isə şeyləri əmələ gətirən ilk
əsası
-mat
eriyanı onun konkret hissi formalarından hər hansı birinə müncər
etməyərək hər şeyin əsasında sonsuz, qeyri
-
müəyyən və daim dəyişilən maddi
başlanğıc olan "apeyronun" durduğunu söyləyirdi. Bununla da o, materiyanın
fəlsəfi anlayışının işlənməsi yolunda ilk
addım atmışdı. Qədim Dövrün görkəmli
dialektiki olan Heraklit isə odu hər şeyin başlanğıcı sayaraq bildirmişdir ki, bütün
şeylər oddan əmələ gəlir və məhv olaraq ona çevrilir.
Beləliklə, həmin filosofların fikrincə, bütün şeylər yaransalar da heçdən deyil
,
başqa cisimlərdən yaranır və heçliyə deyil, başqa şeylərə çevrilir. Buradan müasir
elmin də qəbul etdiyi belə nəticə çıxırdı ki, əbədi şeylər yoxdur, ancaq onların
əsasında duran, bütün şeylərin təşkil olunduğu ilk əsas vardır. Bu ilk əsası ifadə
etməkdən ötrü fəlsəfədə substansiya (lat. substantio
-
əsasda duran deməkdir)
kateqoriyası yaradılmışdır. Hər bir konkret predmet, hadisə, o cümlədən
materiyanın ayrı
-
ayrı ünsürlərinin əmələ gəlməsinin və məhvinin səbəbi olduğu
halda, substansiya olmaq e'tibarilə materiyanın mövcudluğunun səbəbi onun
özündədir: materiya özü
-
özünün səbəbidir.
Atomizm tə'liminin əsasını qoyan Qədim Yunan filosofları
Levkipp, Demokrit
və Epikür materiyanın atom quruluşu fərziyyəsini irəli sürərək bildirmişlər ki,
mövcud olan bütün
şeylər ən kiçicik, dəyişməz və bölünməz hissəciklər olan
atomlardan (yunan sözü olub bölünməz deməkdir) təşkil olunmuşdur.
Atomistika
fərziyyəsində materiya özünün ölçü və formalarına görə fərqlənən bölünməz,
dəyişməz hissəciklərlə eyniləşdirilir və gerçəkliyin bütün müxtəlifliyinin, dünya
binasının ilk kərpiçcikləri sayılan bu hissəciklərin müxtəlif birləşməsi və qarşılıqlı
tə'sirinin nəticəsi kimi izah edilirdi.
Sonralar, xüsusilə XVII
-
XVIII əsrlərdə materiyanın quruluşu və xassələri
haqqında biliklər inkişaf edərək dəyişsə də, o dövrün təbiətşünasları və filosofları
yenə də materiyanı onun
növlərindən biri olan maddə ilə, hərəkətdən, daxili
fəallıqdan məhrum, inert bir şey kimi baxılan kütlə ilə eyniləşdirir, maddəyə isə
dəyişməz, bölünməz atomların məcmusu kimi baxırdılar.
Bununla yanaşı, XVII
-
XVIII əsrlər fəlsəfəsində materiya haqqında təbii
-elmi
təsəvvürlərə nisbətən daha ümumi olan vahid maddi substansiya anlayışı
yaratmaq kimi mütərəqqi meyl meydana çıxır. Artıq Holland filosofu B.Spinoza
(1632-167
7) atomlardan deyil, substansiyadan, ümumiyyətlə, materiyadan bəhs
edirdi. B.Spinoza və xüsusilə substansiya anlayışının işlənilməsi kimi mütərəqqi
meylin ifadəçiləri olan XVIII əsr fransız materialistləri materiyanın daha geniş və
tam fəlsəfi tə'rifini verməyə cəhd etmişlər
(substansiya
latınca "substancia"
sözündən olub mahiyyət, ilkin əsas deməkdir).
Məsələn, P.Holbax materiyanı artıq
maddi obyektlərin konkret fiziki və ümumiyyətlə, xüsusi növləri və xassələri ilə
eyniləşdirməyərək ona fəlsəfi kateqoriya
kimi tə'rif verməyə cəhd etmişdir. O
yazırdı ki, bizə nəzərən materiya, ümumiyyətlə, duyğu orqanlarımıza hər hansı
şəkildə tə'sir edən hər şeydir. "Hisslərimizə tə'sir edən hər şey materiyadır". Lakin
materiyanın mahiyyətcə düzgün olan bu tə'rifi kifayət qədər təbii
-
elmi materialın
olmaması və metafizik məhdudluq üzündən lazımınca əsaslandırılmamışdı və
məzmunca məhdud idi. Yə'ni materiya yenə də bərklik, nüfuz edilməzlik, ətalətli
kütlə kimi dəyişməz xassələrin isnad verildiyi maddə ilə eyniləşdirilirdi. Həm də
materiya anlayışına tə'rif vermək üçün Holbaxın götürdüyü əlamət kifayət deyildi.
Belə ki, bizim hisslərimizə yalnız maddi deyil, mə'nəvi hadisələr də tə'sir edir və
müəyyən şəraitdə sonuncuların tə'siri daha güclü olur.
Metafizik
materializmin görkəmli nümayəndəsi olan L.Feyerbax da materiya
haqqında fəlsəfi təsəvvürlərin inkişafına əhəmiyyətli hədiyyə verərək onun
obyektivliyini, "bizdən xaricdə" və şüurumuzdan asılı olmadan mövcud olduğunu
qeyd etsə də, materiyaya fəlsəfi tə'rif verməyərək onu materiyanın konkret
növləri ilə eyniləşdirirdi. O yazırdı ki, təbiət işıqdır, elektrikdir, maqnetizmdir,
havadır, sudur, oddur, torpaqdır, heyvandır, bitkidir, insandır. Beləliklə,
L.Feyerbax da materiya anlayışının onun konkret növlərinə münasibəti məsələsini
düzgün həll edə bilməyərək onları eyniləşdirmişdi.
Fəlsəfə və təbiətşünaslığın müvəffəqiyyətli inkişafı üçün böyük əhəmiyyəti
olan bu vacib məsələ ilk dəfə dialektik materializmdə həll edildi. Həmin fəlsəfənin
baniləri fəlsəfi kateqoriya olmaq e'tibarilə materiya anlayışının məzmununu
açaraq göstərdilər ki, materiya şüurdan asılı olmadan mövcud olan və duyğu
orqanlarımıza tə'sir edərək şüurumuzda əks olunan obyektiv reallığı ifadə edir.
Məsələn, F.Engelsə görə, "materiya" elə ixtisardır ki, onun vasitəsilə biz duyğu ilə
qavranılan müxtəlif maddi cisimlərin konkret xassələrindən, keyfiyyət fərqlərindən
sərfnəzər edərək onların hamısı üçün ümumi olan xassəni ifadə edirik. Buna görə
də materiyanın fəlsəfi anlayışını heç bir halda əvvəlki filosofların etdikləri kimi,
onun növlərindən və ya xassələrindən biri ilə, yaxud da materiya haqqındakı
konkret təbii
-
elmi təsəvvürlərlə eyniləşdirmək olmaz.
Qeyd etmək lazımdır ki, materiyaya fəlsəfi kateqoriya kimi tərif verilməsi XIX
əsrin sonu XX əsrin əvvəllərində materiyanın quruluşu və xassələri sahəsində baş
verən və materiya haqqındakı mövcud təbii
-
elmi təsəvvürləri alt
-
üst edərək
təbiətşünaslıqda əsl inqilab yaradan kəşflərin mənasının açılması ilə əlaqədar
olaraq mühüm əhəmiyyət kəsb etmişdi.
Məlum
olduğu kimi, XIX əsrin sonlarınadək metafizik olan təbiətşünaslar və
filosoflar materiyanı onun növlərindən biri olan maddənin ən kiçicik və dəyişməz
hissəciyi sayılan atomla eyniləşdirməkdə davam edirdilər. Fizikadakı ən yeni
kəşflər, birinci növbədə, radioaktivliyin (1896) və elektronun (1897) kəşfi atomun
mürəkkəbliyini, daha kiçik hissəcik olan elektronlardan təşkil olunduğunu aşkara
çıxartdı. Materiyanı bölünməz sayılan atomların məcmusu kimi başa düşməkdə
davam
edən
"fiziki"
idealistlər
atomun
mürəkkəbliyi
faktının
müəyyənləşdirilməsindən atomun maddilikdən çıxması, materiyanın heç bir
maddi daşıyıcısı
olmayan xalis elektrik hərəkəti kimi baxdıqları elektrona çevrilərək
"yox olması" nəticəsini çıxartdılar. Məsələn, L.Ulviq "Elmlərin təkamülü" kitabını
n
"Materiya mövcuddurmu?" fəslində yazırdı ki, “atom materiyalıqdan çıxır,
materiya yox olur”. Bu fikir bir sıra digər alimlərin əsərlərində də öz əksini
tapmışdı.
Bu, metafizik təbiətşünasların materiya haqqında məsələsinin fəlsəfi və təbii
-
elmi tərifini fərqləndirmədiklərini və bunu anlamadıqlarını göstərirdi. Materiyanın
fiziki quruluşu haqqında
məsələ fəlsəfi deyil, xalis fiziki məsələdir və onu fizika həll
etməlidir. Məhz bu sadə və mühüm həqiqəti anlamadıqlarından “fiziki” idealistlər
materiyanın mürəkkəb quruluşa malik olduğunun aşkar edilməsini “materiyanın
yox olması” kimi qələmə verirdilər. Əslində isə materiyanın quruluşu haqqında
elmlərin müəyyən inkişaf pilləsi ilə bağlı olan təsəvvürlərin dəyişməsi, onun
elektrikə və ya atom daxilində mövcud olan hər hansı başqa hissəciyə çevrilməsi
qətiyyən “materiyanın yox olmasına” dəlalət etmir.
“Fiziki” idealistlər “materiya yox olur” fikrini söyləyərkən eyni zamanda
klassik mexanikada materiya ilə eyniləşdirilən mexaniki kütləyə olan əvvəlki
baxışların aradan qalxmasına “əsaslanırdılar”.
Məlum olduğu kimi, İ.Nyutonun vaxtından başlayaraq klassik mexanika
böyük kütləli və yavaş sürətli makrocisimləri öyrənirdi. Həmin makroobyektlərin
kütləsi onların nisbi sükunət halında olmalarından, yaxud hər hansı sürətlə
hərəkət etmələrindən asılı olmayaraq, dəyişməz qalırdı. Elektronun kəşfi və
elektron nəzəriyyəsinin yaradılması göstərdi ki, elektronun kütləsi mütləq,
dəyişməz olmayıb onun yaratdığı sahənin enerjisindən, hərəkət sürətindən asılı
olaraq dəyişir, belə ki,
elektronun sürəti işıq sürətinə yaxınlaşdıqca onun kütləsi
də artır. Deməli, elektron iki kütləyə—mexaniki və elektromaqnit kütləyə malikdir.
Kütlə materiya miqdarının ölçüsü sayıldığından mexaniki kütlənin dəyişməsi
faktının müəyyənləşdirilməsi də “materiyanın yox olması” kimi şərh edildi.
Elmin ən yeni nailiyyətlərinin mahiyyətinin düzgün anlaşılmaması və
qnoseoloji cəhətdən dürüst olmayaraq “materiyanın yox olması” adlandırılan
ifadənin məğzinin təhlili göstərir ki, həmin iddianın mahiyyəti materiyanın əvvəllər
mütləq, dəyişməz sayılan bəzi xassələrinin yox olması və materiyanın bəzi
hallarına məxsus nisbi xassələr kimi meydana çıxması, başqa sözlə, materiyanın
həmin xassələrinə düzgün olmayaraq istinad verilən mütləqliyin aradan qalxması
deməkdi.
Elmi və fəlsəfi idrakın gedişində yaranan belə bir şəraitdə ən yeni kəşflər
baxımından materiya anlayışının dəqiqləşdirilməsi, materiyanın konkret növləri,
xassələri ilə bağlılıqdan azad və ona həmin kateqoriyanın məzmununu açan tərif
vermək
lazımdı. Əks halda materiya yenə də özünün növləri, xassələri ilə
eyniləşdirilər və hər dəfə yeni kəşflərlə əlaqədar olaraq materiyaya yenidən tərif
verilməsi lüzumu meydana çıxardı. Bu, materiyaya fəlsəfi kateqoriya kimi tərif
verilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Fəlsəfə və təbiətşünaslığın uzun
tarixi inkişafının nailiyyətlərini, materiya haqqında təlim ətrafında gedən fəlsəfi
mübarizənin nəticələrini, insanların ictimai
-
istehsal təcrübəsinin verdiyi faktları,
ən yeni kəşfləri təhlil edib ümumiləşdirmək əsasında fəlsəfi kateqoriya kimi
materiyaya elmi cəhətdən əsaslandırılmış belə tərif vermək olar:
Dostları ilə paylaş: |