Maddi varlıq anlayışı materiya kateqoriyasına yaxındır .Varlıq kateqoriyası universal əlaqəni predmetlərin,
hadisələrin, ideyaların və s. mövcudluğunu özündə ifadə edir.
Sözün ən geniş mənasında varlıq son dərəcə əhatəli reallığı, obyektiv mövcudluğu, insan şüurundan asılı olmayan gerçəkliyi bildirən ən ümumi fəlsəfi kateqoriyadır. Varlıq - dünyanın real mövcudluğunun məcmusu, təbiət və cəmiyyətin, maddi və mənəvi aləmin vəhdətinin ən ümumi ifadəsini bildirən mənəvi aləmin ən ümumi ifadəsini bildirən fəlsəfi kateqoriyadır. Maddi predmetlər, proseslər,
xassələr,
əlaqə və münasibətlər, miflər, nağıl və əfsanələr, ictimai
-
siyasi, elmi və s.
ideyalar-
bütün bunlar hamısı varlığın müxtəlif növləridir. Göründüyü kimi, varlıq
kateqoriyası özündə həm maddi, həm də mənəvi, ideal olanı əhatə edir.
Daha konkret olaraq varlığın növlərini belə qruplaşdırmaq olar:
a) təbii və ya maddi varlıq .
Buraya insanı əhatə edən maddi gerçəklik
daxildir ki, onun da iki aspektini qeyd etmək olar:
təbii mühit və insan əməyi ilə
yaradılmış "süni mühit" və ya
"ikinci təbiət". Bunu insan
şüurundan asılı olmayan
təbii
-
mövcudluq da adlandırmaq olar;
b) mənəvi və ya ideal varlıq .
Buraya insanı əhatə edən mənəvi aləm, ideal
mövcudluq: mədəniyyət, elm, incəsənət, adət
-
ənənələr, ideoloji formalar və s.
məcmusu daxildir;
c) əsasında ictimai istehsal prosesi və ictimai münasibətlərin, sosial-siyasi strukturların durduğu sosial - siyasi varlıq .
Buraya cəmiyyətin bütün sosial
-siyasi
strukturların, ictimai, siyasi, sinfi, milli və i.a. proseslərin idarə edilməsi və s. bağlı
insan fəaliyyəti sahələri daxildir;