FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə69/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   65   66   67   68   69   70   71   72   ...   132
Fəlsəfə mühazirə

ç)
insa
nın obyektiv real mövcudluğu və ya insan v
arlığı.
Bunu da iki qismə 
ayırmaq olar: 
ictimailəşmiş insan
-
şəxsiyyət aləmi
 
və fərdiləşmiş insan
-
fərd alə
mi. 


Varlıq kateqoriyası öz mahiyyəti etibarilə dərin dialektik təbiətə malikdir. 
Varlığın bu dialektik təbiətini Hegel hərtərəfli şəkildə tədqiq edərək aşkara
çıxarmışdır. Hegelə görə xalis varlıq kateqoriyası məzmunca o qədər yoxsuldur ki, 
o əslində elə yoxsulluqla eyni güclü məfhumdur. Lakin digər tərəfdən xalis varlıq 
həmçinin mövcudluq imkanıdır. Yəni hər cür gerçəklik öz başlanğıcını xalis 
varlıqdan götürür. Deməli, o mütləq yoxluqdan ibarət neqativ anlayış deyil, 
potensial varlıqdan ibarət olub, pozitiv anlayışdır. Hegelə görə varlıq 
kateqoriyasının məhz bu daxili ziddiyəti öz inkişafı prosesində getdikcə daha 
məzmunlu olan anlayışları yaradır. "Varlıq" kateqoriyasının fəlsəfi anlayışı 
haqqında ilk fikir qədim yunan fəlsəfəsinin Sokrata qədərki dövrünə aiddir. O dövr 
mütəfəkkirlərdən Parmenid varlıq dedikdə "maddi, əbədi və mükəmməl 
Kosmosu" nəzərdə tutmuş, Heraklit isə onu "fasiləsiz qərarlaşan Kosmos" 
adl
andırmışdı. Burada varlıq, heçliyə, yoxluğa qarşı qoyulmuşdu. Platon isə varlıq 
anlayışının "hiss olunan" tərəfini ataraq, onu "xalis ideya"

həqiqi dünya 
mövcudluğu kimi səciyyələndirirdi. Aristotel isə varlığa "forma və materiyanın 
vəhdəti" kimi baxaraq onun müxtəlif səciyyələrindən ("hissi", "ideal", "insani" və 
s.) bəhs etmişdi. Orta əsrlər ilahiyyatında (xristian, islam və s.) varlıq anlayışına 
ilahi məna verilir, "Allah
-
həqiqi varlığdır", "maddi və ideya vəhdəti isə" qeyri
-
həqiqi, yaradılmış mövcudat adlandırılır. XVII

XVIII əsr maarifçiliyində isə varlığa 
ancaq maddi-
təbii olanın aid edilməsi, mənəvi aləmin ona daxil edilməməsi 
ideyaları üstün olmuşdu. Orta əsrdə və sonrakı dövrlərdə Şərq və Azərbaycan 
fəlsəfəsində varlığı "zəruri və mümkün varlıq" kimi iki hissəyə bölmüş, "zəruri 
varlığa" bütün gerçəkliyin və "mümkün varlığın" səbəbi və ilkin substansional əsası 
kimi 
baxmışlar.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin