FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu


) mexaniki hərəkət; 2) fiziki hərəkət; 3) kimyəvi



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə77/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   73   74   75   76   77   78   79   80   ...   132
Fəlsəfə mühazirə

1) mexaniki hərəkət; 2) fiziki hərəkət; 3) kimyəvi 
hərəkət; 4) bioloji hərəkət və 5) sosial hərəkət.
Bu təsnifat XIX əsrin ortalarında 
elm və təbiətşünaslığın verdiyi məlumatlara əsaslandığından, təbiidir ki, elmin 
bugünkü inkişaf səviyyəsi baxımından müəyyən dəyişikliklərə məruz qalmaya 
bilməz. Həmin dövrdə mexaniki hərəkət ən sadə hərəkət 
növü 
hesab edilirdi və 
belə güman edilirdi ki, fiziki hərəkət ( istilik, elektromaqnetizm və s.) efir 
hissəciklərinin, atom və molekulların mexaniki hərəkətindən başqa bir şey 
deyildir. Deməli, belə çıxırdı ki, fiziki və digər hərəkət formalarının əsasında 
mexa
niki hərəkət durur. Lakin mikrofizikanın bugünkü məlumatları sübut edir ki, 
əslində mexaniki hərəkətin özü yalnız elementar hissəciklərin çevrilməsinin, 
elektromaqnit, nüvə, zəif və qravitasiya qarşılıqlı təsirlərinin mürəkkəb 
kombinasiyasının nəticəsində mümkün olur. Nəhayət, o dövrdə belə güman 
edilirdi ki, fiziki hərəkət kimyəvi hərəkət üçün baza rolunu oynayır. Lakin elm fiziki 
hərəkət haqqındakı təsəvvürlərə ciddi dəyişiklik gətirmişdir; bu gün fiziki hərəkətlə 
kimyəvi hərəkət arasındakı
 
münasibəti bir
mənalı qiymətləndirmək olmaz. 
Mikroaləmdə gedən fiziki qarşılıqlı təsirlər kimyəvi hərəkəti, bu axırıncı özü isə 
fiziki hərəkətin başqa növü olan molekulyar
-
istilik proseslərinin mövcudluğunu 
şərtləndirir.
Ümumiyyətlə, hərəkət formalarının keyfiyyət müxtəlifliyi materiyanın özünün 
keyfiyyətcə müxtəlif struktur təşkili səviyyələrinə malik olması ilə
şərtlənir. 
Materiyanın struktur səviyyələri onun sadədən mürəkkəbə,
 
ibtidaidən aliliyə 
doğru inkişafının pillələri olduğundan hər bir yuxarı hərəkət formasının tarixən 


təşəkkül tapmasını da aşağı hərəkət formalarının inkişafının nəticəsi kimi təsəvvür 
etmək olar. Hərəkətin müxtəlif formaları arasında genetik əlaqə 
mövcuddur,
 
yəni 
hər bir yuxarı hərəkət forması birdən
-
birə deyil, yalnız aşağı formaların bazasında 
yaranır və onları özündə əhatə edir. Lakin bu heç da o
 
demək deyildir ki, yuxarı 
hərəkət forması aşağı hərəkət
 
formaların mexaniki məcmusundan ibarətdir. 
Məsələn, bioloji hərəkət forması mexaniki, fiziki, kimyəvi proseslər əsasında 
yaranır və bu hər üç hərəkət formasını özündə birləşdirir. Lakin bioloji hərəkəti 
fiziki və kimyəvi hərəkətin cəmindən ibarət hesab etmək kobud səhv olardı. Yuxarı 
hərəkət forması aşağı formaları birtərəf edilmiş şəkildə özündə birləşdirir, bu 
birləşmə onların sadə cəmi yox, mürəkkəb sintezindən ibarətdir. Buna görə də hər 
bir yuxarı hərəkət forması keyfiyyət özünə məxsusluğuna malik olub, aşağı 
hərəkət formalarında fəaliyyət göstərmədən spesifik qanunlara tabedir.
Hərəkət formalarının təsnifatına dair müasir baxışlarda müəyyən
təkliflər də 
irəli sürülür. Bəziləri təbiət və humanitar elmlərin nailiyyətləri əsasında hərəkətin 
formalarının qeyri
-
üzvi aləmdə, üzvi aləmdə və cəmiyyətdə hərəkat kimi üç 
formasını qeyd edirlər. Bu bölgünü başqa şəkildə cansız təbiətdə, canlı təbiətdə və 
cəmiyyətdə hərəkət kimi də ifadə
 
edənlər var. Bu formaların hər birində yuxarıda 
qeyd olunmuş hərəkət formalarının da bir neçəsi və ya hamısı sintez halında 
fəaliyyət göstərirlər. Hərəkət formaları sırasında elektron hərəkəti, kosmik 
hərəkət, geoloji hərəkət və s. kimi yeni formalar ləklif edənlər də vardır. Lakin 
onların sayını artırmağa ehtiyac yoxdur. Onlar hamısı qeyd olunmuş beş formanın 
bu və ya digər aspektləri, çalarlarıdır.

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin