keyfiyyət kəsb edir. Predmetin bir keyfiyyət halından digərinə keçməsi ilə müşayət
olunan dəyişmələr hərəkətin ikinci əsas tipini
təşkil edir. Obyektin əvvəlki
keyfiyyət halında gizli qalan potensial imkanlarının reallaşması şəklində baş verən
keyfiyyət dəyişməsi
inkişaf
adlanır. İnkişaf prosesinin iki əsas növünü göstərmək
olar: materiyanın eyni bır struktur təşkili səviyyəsinin hüdudları daxilində baş
verən keyfiyyət dəyişmələri və bir səviyyədən digər səviyyəyə keçidlə xarakterizə
olunan keyfiyyət çevrilmələri. Birincilərə misal olaraq ulduzların təkamülü
prosesini, canlı aləmdə yeni bitki və heyvan növlərinin meydana gəlməsini və s.
gətirmək olar. Qeyri
-
üzvi təbiətdən canlılar aləminə və nəhayət, cəmiyyətin
təşəkkül tapmasına gətirib çıxaran inkişaf isə ikinciyə misal ola bilər. Hərəkətin
əsas formaları ən ümumi şəkildə məhz bu ikinci prosesi özündə əks etdirirlər.
Burada qısa şəkildə də olsa, Hərəkət və sükunətin qarşılıqlı münasibətinə də
nəzər salmaq lazımdır. Bir halda qəbul edirik ki, obyektiv gerçəklikdə hərəkət
mütləq və əbədidir, onda sükunətdən danışmağına dəyərmi? Əgər hərəkət də
varlıq və materiya kimi sonsuz, yaradılmaz və məhv edilməzdir, onların
atributudur, onda süku
nət nədir? Əlbəttə: gerçəklikdəki dəyişikliklərin ümumi
axınında zəruri şərt kimi sükunət momentləri də vardır. Lakin bu sükunət
momentləri bütövlükdə varlığa deyil, müəyyən zaman daxilində təzahür edən
konkret hadisə və proseslərə aiddir. Deməli, sükunət halı varlığın ayrı
-
ayrı konkret
təzahürlərində, ümumi ilə müqayisədə meydana çıxır. Sükunət halında predmet
öz keyfiyyət halında qalır. Cismin sükunəti nisbidir, o, həm də varlığın, materiyanın
ümumi, əbədi hərəkətində hərəkət edir.
Dostları ilə paylaş: