konsepsiya is
ə varlığa birtərəfli olaraq, əsasən onun maddi
-
təbii tərəflərinin
obyektiv reallığı kimi baxırdı.
2. Materiyanın elmi
-
fəlsəfi anlayışı
Fundamental fəlsəfi kateqoriya olan materiya fəlsəfi və təbii
-
elmi biliklər
sistemində mühüm yer tutur
. Bu onunla
bağlıdır ki, bütün təbiət elmləri
materiyanın konkret növlərini, onların strukturunu, xassələrini, hərəkət və inkişaf
qanunlarını öyrəndiyi kimi, heç bir fəlsəfi təlim də "materiya" anlayışına və onunla
bağlı olub mühüm dünyagörüşü əhəmiyyəti kəsb edən varlıq və təfəkkür, təbiət və
ruh, maddi və ideal, habelə hərəkət, məkan və zaman kateqoriyalarına müraciət
etmədən keçinə bilməz.
Materiya anlayışı m
ühüm fəlsəfi kateqoriya kimi insanı əhatə edən aləmin
öyrənilməsi prosesində işlənmişdir. Öz əməli fəaliyyətində canlı və cansız təbiətin
bir-
birlərindən kəmiyyət və keyfiyyətcə fərqlənən çox müxtəlif predmet və
hadisələri ilə qarşılaşan insanları lap qədimdən belə bir məsələ düşündürmüşdür:
Dünyadakı müxtəlif cisim və hadisələri bir
-
birilə bağlayan maddi əsas varmı,
dünyanın sonsuz müxtəlifliyinin vəhdəti haqqında danışmaq olar mı? Həyat
təcrübəsinin, sonralar, isə həm də elmi biliklərin inkişafı gedişində filosoflar belə
bir ümumi əsasın olması fikrinə gəlmişlər. Bu ümumi əsas onların hamısının insan
şüurundan xaricdə və ondan asılı olmadan mövcud olmalarıdır
Dostları ilə paylaş: