suallarına cavab axtarmalı olan bütün məsələlərin həllində hikmət və urfanın heç
bir köməyi olmayacağını söyləyirdi. O, deyirdi: "İnsan o vaxt mə'rifət əhli ola bilər
ki, "necə və nə üçün" dünyasını dərk edə bilsin". Lakin Saib Təbrizi təbiətin
sirlərini və onun hər bir zərrəsinin mahiyyətini dərk etmək üçün panteist
baxışlarının mövqeyində durmağı, təbiətin özü ilə qovuşmağı yeganə əlac bilərək
yazırdı: "Qətrənin mahiyyətini o gün dərk etmək olar ki, dənizdə dalğa kimi üzə
biləsən". Bununla bərabər Saib Təbrizi idrak məsələsində
fəlsəfi mühakimələrin
kifayətləndirici mövqelərinə şübhə ilə yanaşmışdır. Dini əqidələrə və təriqətlərə
bəslədiyi münasibət onu sufizm və panteizmə gətirib çıxarmışdır. O, hər şeyi, o
cümlədən islam dini zəminində tarixən yaranmış 72 müxtəlif dini əqidəni "əbədi və
əzəli" bir varlıq sayılan mütləq həqiqətin - vahid allahın təcəllisi hesab edərək
yazmışdır: "72 millətin üz tutduğu nöqtə Allahın dərgahından başqa bir yer deyil".
Saib Təbrizinin dünyagörüşündə panteist fikirlər mühüm yer tutur. Bir sıra Qərb
mütəfəkkirləri kimi Saib Təbrizi də təbiətlə ruh arasında
olan ziddiyyət və
əkslikləri panteistcəsinə həll etmək istəmişdir. Saib Təbrizi varlığa münasibət
məsələsində ən əvvəl panteizm mövqeyində duran iki dünyanın mövcud
olmasından bəhs etmiş və nəticə e'tibarilə fəlsəfənin başlıça, əsas məsələsini
idealistcəsinə təhlil etmişdir. Mütəfəkkirin fikrincə hər şeydə allah mövcud olduğu
üçün hər şey özü allahdır. Vəhdət dünyasında hər şey yarsız və dildarsız deyildir.
Allahla təbii varlıqları eyniləşdirmək meylləri mütəfəkkiri belə bir qənaətə gətirib
çıxarır ki, heç bir varlıq Allah varlığından ayrılıqda mövcud deyil və bunların
birini digərsiz təsəvvür etmək qeyri-mümkündür. Saib öz dünya baxışında panteist
əqidəyə o qədər inam
və məftunluq göstərmişdir ki, özünəməxsus yaradıcılıq
xüsusiyyətləri ilə onu ən yüksək, ülvi bir məqama çatdırmağa çalışmışdır. Saibdə
insanpərvərliyin əsas əqli mənşəsi olan real həyata pərəstiş onun dünya görüşündə
olan ən müsbət hallarından biridir. Bəşəriyyətin ən qədim idealı olan həyat sevkisi
doğma dini əqidə və milli hisslərlə qarşı-qarşıya duraraq, insanlara insanlıq gözü
ilə baxmış və dünyanı vahid bəşəriyyət ailəsinin beşiyi hesab etmişdir. XVII əsrin
qaranlıq və irticaçı mühitində batıb qalmış Yaxın və Orta Şərq ölkələrində Saib
Təbrizinin belə bir dünya baxışı mütərəqqi sayılmaya bilməz. Onun geniş
mövhumda işlətdiyi eşq istilahı əsas e'tibarilə həyati mə'nada olmuşdur. Saib
Təbrizinin eşqə pərəstiş hissləri insanları yaşadığı real həyatın maddi
ne'mətlərindən və təbiətin gözəlliklərindən zövq almağa həyəcanlandırır və təhrik
edir. Real eşqi tərənnüm edən Saib Təbrizi gözəl və nəcib insanlara təmiz və sadiq
nəzərlə baxmağı tövsiyyə edərək, insanı ən yüksək keyfiyyətli varlıq adlandırır.
XVII əsrdə Azərbaycan mütəfəkkiri olan
Saib Təbrizi özünəməxsus
yaradıcılıq tərzinə əsasən öz dünyagörüşünü sırf fəlsəfi islahatlarla deyil, bədii-
ədəbi və məcazi ifadələrlə bu və ya digər şəkildə bəyan etmişdir. Buna görə də o,
fəlsəfi kateqoriyalara dair qətiyyən heç bir ünvan,
yaxud bölmə və əsər
yazmamışdır. Eləcə də fəlsəfənin əsas məsələsi ilə əlaqədar olan idrak nəzəriyyəsi
haqqında da ayrıca xüsusi bəhs açmamışdır. Lakin mütəfəkkirin əsərlərində çox
nadir və üstüörtülü halda olsa da, idrak məsələsinə toxunduğunu sezmək olur.
Buradan belə bir qənaətə gəlmək olur ki, idrak məsələsinin qoyuluşu və həllində
Saib Təbrizi qismən sufi panteist mövqeyində durmuşdur. Saib Təbrizi idrak
məsələsində aydın bir nətiçəyə çatmaq üçün çətinliklərdən qorxmayan axtarışların,
daha doğrusu təcrübənin roluna əhəmiyyət verirdi.
Saib Təbrizi hər şeydən əvvəl idrakı insanın özünü dərk etməsi və tanıması
məsələsi
ilə əlaqələndirərək, müəyyən dərəcədə Sokratın "özün özünü dərk et"
kimi məşhur ifadəsini təkrar etmişdir. O, öz dövrünün parlaq alimi kimi əsərlərində
elmi biliyə, maarifə yiyələnməyə və elmin nailiyyətlərinə qiymət verir, insanların
baxışlarında olan dumanlı cəhətləri yalnız elm vasitəsilə aradan qaldırmanın
əhəmiyyətindən danışırdı. Saib Təbrizi belə hesab edirdi ki, qızılın əyarı (faizi)
çöxaldıqca, onun dəyəri yüksəldiyi kimi insanların da biliyi artdıqca, onların
ictimai çəkisi çoxalır, onlar daha yetkin və kamil adama çevrilirlər. Buna görə də
mütəfəkkir insanları yaşadığı fürsətdən istifadə edib,
özlərini kamil adam
səviyyəsinə çatdırmağa davam edirdi.
Saib Təbrizinin dünya görüşündə fəlsəfi fikirlərlə yanaşı, çox zəngin etik,
didaktik və ictimai fikirlərdə diqqətəlayiq yer tutur. Saib Təbrizi yaradıcılığında
dövrünün və mühitin inkişaf səviyyəsindən irəli düşərək mütərəqqi əxlaq, mədəni
məişət məsələləri və qaydalarına dair qiymətli fikirlərlə çıxış etmişdir. Saibin etik
görüşünün mərkəzi nöqtəsində insanın yaşaması üçün ən zəruri amil olan və insan
üçün yüksək əxlaqi keyfiyyət sayılan əmək və şərəfli zəhmət durmuşdur. Saib
Təbrizi yaşayışın əsas məzmununu yalnız yeyib-yatmaqda deyil, əməkdə, zəhmət
çəkməkdə və minnətsiz həyat sürməkdə görür və bu nöqteyi-nəzərdən işləmək
istəməyib, tüfeyli vəziyyətdə yaşamağa can atan adamları kəskin tənqid atəşinə
tuturdu.
Dostları ilə paylaş: