iudaizm, zərdüştilik, xristianlıq ) xəbərdar olduğu
Qurani-Şərifin mətni, hədislər və müsəlman ənənələri asasında sübuta yetirilmiş
tarixi fakt
sayılır. Amma islam fəlsəfəsinin mənşəyində müsəlman dininin özü durur, bu
fəlsəfə islamın müqəddəs kitabı Qurani-Şərifin ehkam və müddəalarına verilən
qiymət, izah və şərhlərdən başlayaraq irəliləmişdir. İslam fəlsəfəsi beynəlmiləl
fəlsəfədir, onun yaradıcıları sırasında ərəb cəbəriləri və qədəriləri, kəlamçıları,
mütəzililəri ilə yanaşı, ərəb -
əl-Kindi, ibn-Rüşd, əl-Qəzali ilə birlikdə türk -
əl- Fərabi, tacik
- ibn-Sina, azərbaycanlı -
Əbülhəsən Bəhmənyar və bir çox başqa
xalqların nümayəndələri də
vardır. İslam
peripatetizmi, neoplatonizmi,
panteizmi və başqa fəlsəfi cərəyan və məktəbləri də öz beynəlmiləl tərkibi və
islam mənbəyi ilə nəzəri cəlb edir.
Orta Əsrlərdə Qərb ölkələrində kilsə ehkamı hər cür təfəkkürün çıxış
momenti və əsası sayıldığı, dini elmlər zəminində yalnız dini fəlsəfə-ilahiyyat
(sxolastika və mistika) yayıldığı halda, Müsəlman Şərqində dünyəvi elmlərə
əsaslanan elmi-fəlsəfi tə'limlər də mövcud olmuşdur. Buradakı dini-fəlsəfi
təlimlər özü də son dərəcə geniş mündəricəlidir. Sünni hüquq
məktəblərindən
hənəfilik, malikilik, şafiilik və hənbalilik öz ideya
istiqamətlərinə görə fərqlənirdilər. İslam sxolastikası
sifatilik, cəbərilik, qədərilik kimi cərəyanların ideya zəminində yaranıb formalaşmışdır.
Həmin cərəyanların ideya zəminində
mötəzililik təlimi meydana çıxmışdır.
Mötəzililik
Vasil ibn Əta (700-749),
Əbühüseyi Əllaf (? - 849),
İbrahim ibn Səyyar Nəzzam (?-835),