Həzm
(994-
1064) yazırdı ki, manilikdə "zövq qaranlığa deyil, işığa; əziyyət isə işığa
deyil, qaranlığa xasdır". Mani deyirdi: yalnız zühr ilə işığı qaranlıqdan xilas etmək
və bununla da qaranlığa qalib gəlmək olar. Maniliyin əsasında dualizm prinsipi
-
"Nur" və "Zülmət" başlanğıclarının mübarizəsi durur.
Bu dünyada Nur və Zülmət
ünsürləri
bir-
birinə qarışmışdır. Dünya inkişafı prosesinin məqsədi insan qəlbində
yer tapmış "Nur" ünsürlərini çismaninin hakimiyyətindən azad etməkdir. Maniyə
görə, allah dünyada şəri yaratmaınışdır, deməli, dünyanı da o yaratmamışdır,
çünki dünya (materiya) şərdir. Deməli, materiya Allahdan asılı
olmayaraq
mövcuddur, insan isə "materiya ilə yüksəkdə duran nurun qarışığıdır". Nurun
hissəciklərinin azad olmasına yalnız qatı asketizm
vasitəsilə nail olmaq
mümkündür.
Əvvəllər hələ maniliyin təhlükəsini başa düşməyən və öz qüdrətinə dayaq ola
bilən möhkəm zərdüşt kilsəsi yaratmayan Sasanilər nəinki maniliyə mane
olmamış, hətta onu müdafıə etmişlər. Lakin manilik feodal istismarına qarşı
kəndlilərin və yoxsul şəhər əhalisinin e'tirazını,
mübarizəsini ifadə edən
tə'lim
olduğu üçün Manini tutub e'dam etmişlər. Manilik tə'limi xeyli müddət yaşamış və
V əsrin sonunda məzdəkilərin mühüm ideya mənbəyinə çevrilmişdir.
Məzdək
maniliyin radikal və demokratik istiqamətinin tərəfdarı olmuşdur.
Sasani hökmdarı I Qubadın zamanında Məzdək və onun tərəfdarları yüksək dövlət
vəzifələri tutmuş, özü isə İranın baş kahini olmuşdur. Məzdəkilər xüsusi mülkiyyəti
ləğv etməyə çalışmasalar da, var
-
dövləti adamlar arasında bərabər bölməyi təbliğ
edirdilər. İctimai ədaləti qəbilə
-tayta qu
ruluşuna qayıtmaq
yolu ilə bərqarar
etmək istəyirdilər.
Məzdəkilər dini, fəlsəfi və sosial təlim olub, qədim
zərdüştlik prinsiplərinə
(oda sitayiş və s.) əsaslansalar da, kahinlər və əyanlara qarşı
çevrilmiş xalq
hərəkatının ideologiyası olmuşdur. Lakin onların əxlaq təlimində qəbuledilməz
cəhətlər çoxdur (atanın qızı, bacının qardaşı ilə evlənməsi və s.).
Dostları ilə paylaş: