FəLSƏFƏ, onun predmeti VƏ CƏMİYYƏTİn məNƏVİ İNKİŞafinda rolu



Yüklə 1,62 Mb.
Pdf görüntüsü
səhifə44/132
tarix28.11.2023
ölçüsü1,62 Mb.
#169340
1   ...   40   41   42   43   44   45   46   47   ...   132
Fəlsəfə mühazirə

Hişam ibn Əmr Füvəti
və başqa mütəfəkkirlərin 
başçılığı ilə müxtəlif qollara ayrılmışdır. 
Dini fəlsəfənin mistik istiqaməti 
şiəlik və sufilikdə
öz əksini tapmışdır. Şiələr 
dördüncü xəlifə Əli ibn Əbutalibin (656-661) tərəfdarı olub, müxtəlif firqələrə 
bölünürdülər. Şiə firqələri içərisində 
qalilik
və 
ismaililik
bidətçi cərəyanlar kimi 
məşhurdur. Müsəlman Şərqində mistik cərəyan kimi 
sufilik 
daha mühüm yer 
tutur. 


Orta Əsrlərdə qeyri-dini fəlsəfi təlimlərdən birincisi Şərq 
peripatetizmidir. 
Aristotelizm və başqa Antik ən'ənələr zəminmdə işlənib hazırlanmış bu tə'lim o dövrdə 
fəlsəfı fikrin əsasını, nüvəsini təşkil etmişdir. Ərəbdilli alimlər Aristoteli Birinci 
müəllim (əl-Müəllim əl-əvvəl) adlandırmışlar. XII əsrdə sufizmdə 
panteizmə
meylin 
gücləndiyi şərait yaranmışdır. 
XII əsrdə 
işraqilik
adlı daha bir elmi-fəlsəfı tə'lim meydana çıxmışdır. Onun 
banisi Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) idi. XIV əsrin mühüm ideoloji 
cərəyanlarmdan biri 
hürufilik 
idi. 
2. 
Azərbaycanda feodal istehsal münasibətlərinin tam bərqərar olub 
inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm 
arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda
meydana gəlib inkişaf etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə 
sahəsində hakim yeri İslam dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları.
XI əsrdə Azərbaycanda fəlsəfənin 
inkişafı 
Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin
(993-1066) adı ilə bağlıdır. 
Onun bir sıra qiymətli əsərləri («Təhsil kitabı», «Məntiqə dair zinət kitabı», 
«Gözəllik və səadət kitabı», «Metafizika elminin mövzusuna dair traktat», 
«Mövcudluğun mərtəbələri») olmuşdur. Bunların içərisində «Təhsil kitabı» xüsusi 
yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək üçün 
mühüm mənbələrdən biri olmuşdur. 
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq tə'limi, idrak nəzəriyyəsi və məntiq 
problemləri sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün 
olmaqla iki yerə bölərək göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının 
fərz edilməsi mümkün olmayan varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün 
yerdə qalan mövcudluqlardır. Zəruri və ya vacib varlıq bütün mövcudatın əsasını 
təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu cəhətdən zəruri olmayanlardır. 
Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb və nəticə 
arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə 
nəticə bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə 
vacib və zəruridir. 
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi 
kateqoriyaları qarşılıqlı əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər 
peripatetizmində olduğu kimi materiya və formanın nisbətinə mürəkkəb 
substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa tədrici keçid kimi 
xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və o, 
materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu 


materiyadan asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə 
şərtlənmişdir. 
Ə.Bəhmənyarın «Təhsil kitabı»nda dünyanın vəhdəti məsələsinin 
anlaşılmasına dair fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu 
inkar edir, vahid materiya və forma daxilində xüsusiləşən aləmin dünyanın 
vəhdətinin əsası hesab edir. Onun fikirincə, bu mövcudat isə ilkin 
məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir. Dünyadakı 
bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən 
daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yoxdur. 
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələləri 
bir-birilə əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün 
fərqləndirilir və göstərilir ki, «hər dərk edilən şey dərk edəndə təzəhür edir», 
duyğular, qavrayışlar maddi varlıqların düzgün sürətləri, in'ikaslarıdır. Əqli və ya 
rasional idrak da onun diqqətindən kənarda qalmamış, o, əqli idrakı şeyləri 
mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırmışdır. 
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi 
tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, 
məntiqin predmetinə, vəzifələrinə, problemlərinə «Təhsil kitabında» geniş yer 
vermişdir.
XIII əsrdə yaşamış 

Yüklə 1,62 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin