olunan və sonradan istifadəsi məqsədəuyğun hesab edilməyən taralar birdövriyyəli taralara (kağız
kisələr, faner barabanlar, polimer torbalar, konfet qutuları, ərzaq məhsulları qablaşdırılan kağızlar
və s.) aid edilir. Logistik sistemin hər bir iştirakçısı tərəfindən bir neçə dəfə istifadə olunmaq üçün
yararlı halda olan və məhsulların saxlanması və daşınması zamanı qarşıya qoyulan funksional
vəzifələri yerinə yetirə bilən taralar çoxdövriyyəli taralar (yeşiklər, boçkalar, müxtəlif növlü kisələr,
konteynerlər, kanistrlər, barabanlar) adlanır. Çoxdövriyyəli taralar logistik sistemin iştirakçılarından
hər hansı birinə aiddirsə, ona əksər hallarda inventar tarası və ya tara avadanlığı da deyilir. Bu tip
taraların üzərində xüsusi qeydlər, o cümlədən məxsus olduğu firma və ya müəssisənin adı və taranın
inventar nömrəsi qeyd olunur. İstifadə şərtlərinə və mənsubiyyətinə görə taralar istehsal, inventar
və anbar taralarına ayrılır. Əvvəl qeyd olunduğu kimi inventar tarası konkret firma və ya müəssisəyə
məxsus olmaqla çox möhkəm və xüsusi təyinata (butulka yığmaq üçün gözləri olan yeşiklər, çörək
tabaqları, şüşə daşımaq üçün xüsusi konteynerlər, tara-avadanlıqları və s.) malikdir. Bu tip taralar
məhsullardan azad olduqdan sonra mənsub olduğu firma və ya müəssisə sahibinə qaytarılır. Taraların
geri, təkrar istifadə məqsədilə tara sahibinə qaytarılması üçün son alıcılar daha çox maraqlıdırlar.
Çünki, geri qaytarılmayan taraya görə istehlakçılar onun maya dəyərindən çox yüksək bir qiymətin
tara sahiblərinə ödənilməsi məcburiyyəti ilə üzləşirlər. Bu da nəticə etibarı ilə istehlakçılar üçün
iqtisadi baxımdan əlverişli olmadığından onlar taranı geri qaytarmağı məqsədəuyğun hesab edirlər.
Dostları ilə paylaş: