Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə121/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   117   118   119   120   121   122   123   124   ...   153
Nitq-mədəniyyəti(1)

189 


M.Ə 
11.
 
XASIYYƏTNAMƏ 
"Xasiyyətnamə" 
ərəb mənşəli 
"xasiyyət" 
və fars mənşəli 
"namə" 
(məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, 
bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə 
bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kəllektivdəki 
yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul 
vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə əxumağa köçürüləndə, 
ərta məktəbi qurtanb ali məktəbə təhsil almağa gedəndə, sənralar işə, 
müəyyən vəzifəyə seçildikdə əna əxuduğu və ya iş yerindən 
xasiyyətnamə mütləq tələb əlunur. 
Xasiyyətnaməyə verilən tələblər bunlardır; 
1.
Vərəqin əvvəlində ortada böyük hərflə "Xasiyyətnamə" sözü 
yazılır. 
2.
Xasiyyətnamədə şəxsin həyatı, milliyəti, ailə vəziyyəti, əmək 
fəaliyyəti, öz işinə münasibəti obyektiv şəkildə ardıcıl verilir. 
3.
Dövlət əhəmiyyətli xasiyyətnamələr müzakirə olunur və 
yoxlanılır. 
4.
Xasiyyətnamə vahid formada yazılmaqla həcmi 1-2 səhifədən 
artıq olmur. 
5.
Xasiyyətnamədə onun kimə, kimdən və haraya təqdim 
olunması göstərilir. 
6.
Xasiyyətnaməni rəsmi sənəd kimi müəssisə (idarə, təşkilat) 
rəhbəri verir, onu ən azı iki məsul şəxs (əsasən, həmkarlar təşkilatının 
sədri, şöbə müdiri) imzalayır, müəssisənin möhürü ilə təsdiqlənir və 
verilmə tarixi qeyd edilir. 
190 


Nümunə: 
Xasiyyətnamə 
Verilir 1992-ci il noyabr ayının 30-da Lənkəran rayonunun Digah 
kəndində anadan olmuş, azərbaycanlı, orta təhsilli, bitərəf Əyyub 
Etibar oğlu Pirverdiyevə. 
Pirverdiyev Əyyub Etibar oğlu 2009/2010-cu tədris ilində Azərb. 
DBTİA-ya daxil olmuş, I kursun kredit ballarını vaxtında yüksək 
səviyyədə toplamış və hazırda II kursda (qrup TA 9- 12) oxuyur. Bu 
müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi 
göstərmiş, dərin bilik nümayiş etdirərək tələbə yoldaşlarının və 
professor-müəllim heyətinin dərin rəğbətini qazanmışdır. O özünün 
intizamı ilə həmişə yoldaşlarına nümunə olmuş, heç vaxt dərslərə 
gecikməmiş və üzürsüz səbəbdən dərs buraxmamışdır. Qrupun 
nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir, 
dekanhqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli 
vətənpərvərlik mövzusunda hazırladığı məruzə (elmi rəhbəri 
professor Məmməd Nəsrullayev) tələbələrin illik praktik 
konfransında birinci yerə layiq görülmüş, məruzənin tezisi nəşr 
olunmaq üçün Akademiyanın elmi hissəsinə götürülmüşdür. 
Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır. 
Xasiyyətnamə Azərbaycan Respublikası Gənclər və İdman 
Nazirliyinin "Gənclərlə iş" şöbəsinə təqdim edilmək üçün verilir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin