Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə129/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   125   126   127   128   129   130   131   132   ...   153
Nitq-mədəniyyəti(1)

İmza:İntiqam Zahirov 
27 fevral 2010-cu il 
23. REQLAMENT 
"Reqlament" 
fransız sözü olub (reqlement) müşavirənin, iclasın, 
toplantının, konfransın və s. apaniması qaydası haqqında qabaqcadan 
müəyyən edilmiş və açılış anında qəbul edilən nizamnamə 
mənasındadır. 
Nümunə: 
20 may 2010-cu ildə TA 9-05-ci qrupda keçirilən iclasın 
Reqlamenti 
Birinci məsələ: 
Qrup nümayəndəsi Gülhüseyn Dadaşovun 
"Tələbələrin yay imtahan sessiyasına hazırlığı haqqında" məruzəsi - 
10 dəqiqə: 
Cari məsələlər: 
1.
Tələbələrin dərsə davamiyyəti və yığma komanda üzvlərinin 
dərslərə münasibəti (qrupun həmkarlar təşkilatının nümayəndəsi) - 5 
dəqiqə; 
2.
İmtahan fənləri üzrə sərbəst mövzu və son kollokvium 
ballarının müzakirəsi (dekan müavini Q.M.Cəfərovun məlumatı) - 5 
dəqiqə; 
3.
Çıxışlar 1-2 dəqiqə; 
204 


24. RƏY 
"Rəy" 
ərəb sözü olub bir şey - əsər, tamaşa, konsert, kino- fllm və 
s. haqqında fikir, mülahizə söyləməkdir. 
Rəyin yazılmasına verilən tələblər: 
1.
Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir
2.
Başlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır; 
3.
Yeni səfirdən rəyin ümumi məzmunu şərh olunur. Haqqında 
rəy yazılan şey, hadisə, fakf fəhlil olunur, onun müsbət və çatışmayan 
cəhətləri göstərilir; 
4.
Rəyin müəllifi müəyyən nəticəyə gələrək öz təklif və 
tövsiyələrini bildirir; 
5.
Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardınca adını 
və soyadını, titulunu qeyd edir
6.
Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır. 
Nümunə: 
Azərb. DBTİA-nın "İdman oyunlan" 
fakültəsinin magistrantı Hüseynov Hüseyn 
Əli- hüseyn oğlunun "Gənc futbolçularda 
maksimal aerob dözümlülüyün tədqiqi" 
mövzusunda 
yazdığı 
magistr 
dissertasiyasma 
Rəy 
Gənc futbolçularda təkcə texniki və taktiki fəndlərin 
təkmilləşdirilməsi məsələsi deyil, eləcə də futbolçuların aerob 
dözümlülüyü məsələsi bu gün bütün aktuallığı ilə bu sahənin 
mütəxəssislərini maraqlandırır. Magistraturanı qurtarmaq ərəfəsində 
olan H.Hüseynov Akademiyanın futbol komandasının oyunçusu kimi 
çoxillik oyun təcrübəsinə istinad etməklə maraqlı mülahizələrlə 
dissertasiya işini bitirmişdir. 
ZOS 


Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat 
siyahısından ibarətdir. 
Girişdə dissertasiya işinin məqsəd və vəzifələri qeyd edilmişdir. 
Birinci fəsildə əzələlərdə ATF resintezinin anaerob və aerob yolla baş 
verməsi məsələləri işıqlandırılır. Təqəllus edən əzələdə üç energetik 
sistemin iştirak etdiyi göstərilir. 
İkinci fəsildə magistrant qeyd edir ki, uzun müddətli və zəif 
şiddətli işdə əzələlərin oksigen tələbi tam ödənilir. Lazım olan enerji 
sulu karbonların və yağların oksidləşməsi nəticəsində alınır. İşin 
şiddəti artdıqca yağların oksidləşməsi nəticəsində alınan enerjinin 
istehsalına ehtiyac azalır. 
Magistrant gəldiyi nəticələri qısa şəkildə xülasə etmişdir. 
Dissertasiya magistrantın tədqiq etdiyi mövzunu yaxşı başa 
düşdüyünü göstərir. Yüksək səviyyədə yerinə yetirilmiş dissertasiya 
işini müdafiəyə buraxmaq olar. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin