Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə125/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   121   122   123   124   125   126   127   128   ...   153
Nitq-mədəniyyəti(1)

Nüsrət Məmmədli, 
"Təkmübarizlik" fakültəsinin tələbəsi 
17.
 
MƏLUMAT 
Məlumat 
ərəb mənşəli 
"məlum" 
sözünün cəm formasıdır, 
aydın, aşkar, bilinən 
mənasındadır. Hər hansı bir xəbər haqqında 
bildiriş xarakteri daşıyır. Elanlar lövhəsində bir vərəqdə yazılır, 
məlumatı rəsmi şəkildə çatdırmaq məqsədi daşıyır. 
Nümunə: 
Məlumat 
Azərb. DBTlA-mn bütün əməkdaşlarının, müəllim və 
tələbələrin nəzərinə 
196 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 fevral 2010-cu 
il tarixli qərarı ilə Novruz bayramı 20-27 martda keçiriləcəkdir və 
həmin günlər iş günü hesab edilmir. 
Tədris hissəsi 
18.
 
MÜQAVİLƏ 
"Müqavilə" 
ərəb mənşəli söz olub
"qarşılıqlı razılaşma", 
"anlaşma" 
deməkdir. Məzmununa görə müqavilənin müxtəlif 
növləri vardır: sülh müqaviləsi, ticarət müqaviləsi, təhsil müqaviləsi, 
icarə müqaviləsi və s. 
Müqavilələr müəyyən şərtlərlə bağlanır və hər iki tərəfin 
nümayəndələri tərəfindən təsdiqlənir. Müqavilə tərəflərin imzalandığı 
gündən qüvvəyə minir və nəzərdə tutulmuş vaxta qədər qüvvədə qalır. 
Müqavilələr dörd nüsxədə tərtib edilir və hər iki tərəfdə eyni qüvvəyə 
malik 2 nüsxə saxlanılır. 
Nümunə: 
Müqavilə 
Bakı şəhəri 
12 mart 2010-cu il 
Biz, aşağıda imza edənlər-sonradan "Nicat" adlanacaq ticarət 
kompleksinin direktoru Y. Ə. Nuriyev və gələcəkdə "İcarəçi" 
adlanacaq satış birliyinin direktoru C. N. Hüseynli belə bir müqavilə 
bağladıq: 
1.
Bakı şəhəri H. Ə. Əliyev küçəsi-89, 1-ci mərtəbə, 105 kv metr 
sahəsi olan otaqlan satış müəssisəsi yaratmaq məqsədilə "Nicat" 
ticarət kompleksi "İcarəçi"yə kirayəyə verir, "Nicat" isə kirayə 
götürür. 
2.
Kirayə müddəti müəyyənləşdirilib: 02.03.2010-cu ildən 
02.03.2012-ci ilə qədər. 
197 


3.
Tərəflərin razılığına görə kirayə haqqı hər kvadrat metr üçün 
10 (on) manatdır. 
4.
Bu müqavilədə göstərilən hüquqların başqasına verilməsi 
yalnız "Nicaf'ın qeyd əlunmuş yazılı razılığı ilə mümkündür. 
5.
"İcarəçi" hər rübün birinci ayının 10-a qədər rüblük kirayə 
haqqını ödəməlidir. 
6.
Müqavilə iki nüsxədə imzalanmaqla biri "Nicaf'a, digəri 
"İcarəçi"yə verilir. 
Tərəflər: 
"Nicat" ticarət kompleksi Bakı 
şəhəri, H. Əliyev küçəsi-89, 
Hesab 9876543 və 
Bakı, H. Cavid prospekti-156, 
Hesab 3210567 mərkəzi bank 
Ticarət kəmpleksinin sahibi: (imza) 
Y. Ə. Nuriyev "İcarəçi"nin müdiri: 
(imza) C. N. Hüseynli 
*** 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin