Suleyman-m teze qxd


  4. Giriş hissədən sonra  "Gündəlik məsələlər"



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə127/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   123   124   125   126   127   128   129   130   ...   153
Nitq-mədəniyyəti(1)

199 


4.
Giriş hissədən sonra 
"Gündəlik məsələlər" 
qeydi ortadan 
böyük hərflə yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir. 
Məsələ birdən çoxdursa, nömrələrlə qeyd apanhr. 
5.
Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə 
"Eşidildi" 
sözü yazılır. 
6.
"Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı sətrin 
əvvəlində göstərilir, onlann çıxışındakı fikirlərin qısa məzmunu aydın 
qeyd olunur. 
7.
Sonra vərəqin ortasında 
"Qərar" 
sözü yazılır. Məsələnin qərar 
hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam şəkildə 
yazılmalıdır. 
8.
Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və 
onlar protokolu imzalayırlar. 
Nümunə: 
Azərb. DBTİA tələbə-gənclər təşkilatının 18 
noyabr 2009-cu il tarixli 8 saylı iclas 
Protokolu 
2009-cu il dekabr ayının 18-də Azərb. DBTİA Tələbə Həmkarlar 
İttifaqı Təşkilatının növbəti iclası keçirildi. İclasda 25 nəfər təşkilat 
üzvündən 23 nəfər və Akademiyanın idman işləri üzrə prorektoru, 
professor D.Q. Quliyev iştirak edirdi. Təşkilatın sədri Babanh Y.M. 
iclasın gündəliyini təşkilat üzvlərinin nəzərinə çatdırdı. 
İclasın gündəliyi: 
1.
2009-2010-cu tədris ilinin birinci yarısında tələbələrin dərsə 
davamiyyəti haqqında. 
2.
Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıq 
haqqında. 
200 


Eşidildi: 
1.
Müzakirə olunan birinci məsələ haqqında təşkilat sədrinin 
müavini E. Şükürov məruzə etdi (məruzənin mətni protokola əlavə 
olunur). 
2.
İkinci məsələ haqqında Akademiyanın idman işləri üzrə 
prorektoru D.Q.Quliyev məlumat verdi. 
Çıxışlar 
Təkmübarizlik fakültəsinin dekan müavini Q. M.Cəfərov, "İdman 
oyunları" fakültəsinin dekan müavini A.M.İbrahimli, tələbələrdən 
Əliyev E. (qrup OA 8-02), Həşimov M. (qrup OA 9- 10), Süleymanov 
Ç. (qrup TA 9-4) çıxış edərək müzakirə olunan məsələyə münasibət 
bildirdilər. 
Qərar: 
1.
Birinci məsələ haqqında məruzə edənlər və çıxışçıların 
göstərdikləri qeydlər nəzərə alınsın. Qərann icrasına nəzarət 
Akademiyanın Tələbə-Gənclər Təşkilatının sədrinə həvalə edilsin. 
2.
Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıqla 
bağlı ayrı-ayn idman növləri üzrə işləri gücləndirmək aidiy- yatı olan 
kafedra müdirlərinin nəzərinə çatdmlsın. Növbəti iclasda görülmüş 
işlər haqqında Akademiyanın idman işləri üzrə prorektorunun geniş 
məruzəsi dinlənilsin. 
Sədr: (imza) G. Qarayev 
Katib: (imza) F. Həsənova 
201 



Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin