4.
Giriş
hissədən sonra
"Gündəlik məsələlər"
qeydi ortadan
böyük hərflə yazılır, müzakirə olunacaq məsələ abzasdan verilir.
Məsələ birdən çoxdursa, nömrələrlə qeyd apanhr.
5.
Gündəlik məsələdən sonra yeni sətirdən abzasdan böyük hərflə
"Eşidildi"
sözü yazılır.
6.
"Çıxış etdilər" hissəsində çıxış edənlərin adı və soyadı
sətrin
əvvəlində göstərilir, onlann çıxışındakı fikirlərin qısa məzmunu aydın
qeyd olunur.
7.
Sonra vərəqin ortasında
"Qərar"
sözü yazılır. Məsələnin qərar
hissəsi iclasın məqsədini ifadə etməli, bəndlər üzrə yığcam
şəkildə
yazılmalıdır.
8.
Protokolun sonunda sədr və katibin adı, soyadı göstərilir və
onlar protokolu imzalayırlar.
Nümunə:
Azərb. DBTİA tələbə-gənclər təşkilatının 18
noyabr 2009-cu il tarixli 8 saylı iclas
Protokolu
2009-cu il dekabr ayının 18-də Azərb. DBTİA Tələbə
Həmkarlar
İttifaqı Təşkilatının növbəti iclası keçirildi. İclasda 25 nəfər təşkilat
üzvündən 23 nəfər və Akademiyanın idman işləri üzrə prorektoru,
professor D.Q. Quliyev iştirak edirdi. Təşkilatın sədri Babanh Y.M.
iclasın gündəliyini təşkilat üzvlərinin nəzərinə çatdırdı.
İclasın gündəliyi:
1.
2009-2010-cu tədris ilinin birinci yarısında
tələbələrin dərsə
davamiyyəti haqqında.
2.
Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıq
haqqında.
200
Eşidildi:
1.
Müzakirə olunan birinci məsələ haqqında təşkilat sədrinin
müavini E. Şükürov məruzə etdi (məruzənin
mətni protokola əlavə
olunur).
2.
İkinci məsələ haqqında Akademiyanın idman işləri üzrə
prorektoru D.Q.Quliyev məlumat verdi.
Çıxışlar
Təkmübarizlik fakültəsinin dekan müavini Q. M.Cəfərov, "İdman
oyunları" fakültəsinin dekan müavini A.M.İbrahimli,
tələbələrdən
Əliyev E. (qrup OA 8-02), Həşimov M. (qrup OA 9- 10), Süleymanov
Ç. (qrup TA 9-4) çıxış edərək müzakirə olunan məsələyə münasibət
bildirdilər.
Qərar:
1.
Birinci məsələ haqqında məruzə edənlər və çıxışçıların
göstərdikləri qeydlər nəzərə alınsın. Qərann icrasına nəzarət
Akademiyanın Tələbə-Gənclər Təşkilatının sədrinə həvalə edilsin.
2.
Ali məktəblər arasında keçiriləcək Spartakiadaya hazırlıqla
bağlı ayrı-ayn idman növləri üzrə işləri gücləndirmək aidiy- yatı olan
kafedra müdirlərinin nəzərinə çatdmlsın.
Növbəti iclasda görülmüş
işlər haqqında Akademiyanın idman işləri üzrə prorektorunun geniş
məruzəsi dinlənilsin.
Sədr: (imza) G. Qarayev
Katib: (imza) F.
Həsənova
201