Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat
siyahısından ibarətdir.
Girişdə dissertasiya işinin məqsəd və vəzifələri qeyd edilmişdir.
Birinci fəsildə əzələlərdə ATF resintezinin anaerob və aerob yolla baş
verməsi məsələləri işıqlandırılır. Təqəllus edən əzələdə üç energetik
sistemin iştirak etdiyi göstərilir.
İkinci fəsildə magistrant qeyd edir ki, uzun müddətli və zəif
şiddətli işdə əzələlərin oksigen tələbi tam ödənilir. Lazım olan enerji
sulu karbonların və yağların oksidləşməsi nəticəsində alınır. İşin
şiddəti artdıqca yağların oksidləşməsi nəticəsində alınan enerjinin
istehsalına ehtiyac azalır.
Magistrant gəldiyi nəticələri qısa şəkildə xülasə etmişdir.
Dissertasiya magistrantın tədqiq etdiyi mövzunu yaxşı başa
düşdüyünü göstərir. Yüksək səviyyədə yerinə yetirilmiş dissertasiya
işini müdafiəyə buraxmaq olar.
Dostları ilə paylaş: