Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə137/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   133   134   135   136   137   138   139   140   ...   153
Nitq-mədəniyyəti(1)

Çalışma 115. 
Oxuduğunuz bir kitab (roman, dərslik, dərs vəsaiti) 
haqqında 
annotasiya 
yazın, əvvəlcə sözün mənasını, sonra onun 
formasını qısaca izah edin. 
Çalışma 116. 
Qrupunuzda bir məsələ barəsində iclas keçirilib. 
İclasın 
protokolunu 
yazın. 
Çalışma 117. 
Mətndə arxaizmləri tapın, necə başa düşdüyünüzü 
söyləyin: 
... Şeyx Şəban yağış yağanda sel gətirən köhnə başmaqları, 
çustları, çəkmələri, çanqlan yığıb, qalıba vurub, yamayıb ucuz 
qiymətlə: cütünü bir abbasıdan, altı şahıdan satardı. Baharda, yayda 
abaya bürünərdi. Plov olmayan günü hökmən gərək bir abbasılıq ət 
alıb göndərəydi evə, ta arvad abguşt bişirsin. 
Gülsüm xala yaxşı çöp ötürərdi, noxud falı açardı, boğaz basardı. 
Şeyx Şəbanm atası da başmaqçı idi. 
Gülsüm cəld başını yastıqdan qalxızıb durdu ayağa: 
-
A kişi, daha durginən, azanın vaxtı keçir. 
-
Bu saat durram, çay hazırdırmı? (Ə. Haqverdiyev. "Şeyx Şəban" 
hekayəsindən) 
Çalışma 118. 
Hazırda yaşadığınız ünvana deyil, anadan 
olduğunuz yerə göndərilmiş qiymətli bağlamanı alıb gətirmək üçün 
bir nəfərə 
vəkalətnamə 
yazın. 
5.
 
AİLƏ-MƏİŞƏT ÜSLUBU 
Bəzən məişət, bəzən də danışıq üslubu adlandırılan ailə-məişət 
üslubu müəyyən mənada sərbəst üslubdur. Burada canlı danışıq dili 
üstünlük təşkil edir. Bu üslub digərlərindən ayrı-ayrı sözlərə, onların 
tələffüzünə, söz sırası və s. cəhətlərə görə fərqlənir, burada terminlərə, 
poetik sözlərə, bədii ifadə və təsvir vasitələrinə geniş yer verilmir. 
218 


ictimai yerlərdə olmasa da, adamlan danışıq üslubunda ləqəbi ilə 
adlandırırlar; At Balaxanım, Cin Hüseyn, Gömbul Ələsgər, Gomuş 
Vəli, Lal Vəkil və s. kimi ləqəbi ilə adlandınlan adamlar çox vaxt 
bir-birindən məhz bu ayamalarla öz adaşlanndan fərqləndirilir. 
Yazıçılar bədii üslubda, xüsusən, mənfi sürətlərin adla- nnda bu 
üsuldan istifadə edirlər. Məsələn: M. İbrahimovun "Böyük dayaq" 
romamnda Yarməmməd, Lal Hüseyn, Yastı Salman kimi obrazlar 
təkcə adlan ilə özlərini tanıtmırlar, həm də öz nitqləri ilə - məişət 
üslubuna xas dolaşıq ifadələrə, yad kəlmələrə, özlərini savadlı 
göstərmək üçün kənd təsərrüfatı ilə bağlı terminlərə çox yer verməklə 
də tanınırlar. Ümumiyyətlə, ailənin, onun ayn-ayn üzvlərinin 
təhsilindən, mədəni səviyyəsindən asılı olan damşıq üslubu hamı üçün 
anlaşıqlı və başa düşülən nitqdir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin