Suleyman-m teze qxd



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə138/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   134   135   136   137   138   139   140   141   ...   153
Nitq-mədəniyyəti(1)

Danışıq üslubunda 
məqsəd ünsiyyət yaratmaq, informasiya 
mübadiləsi aparmaqdır. Danışıq üslubunda fikri ifadə etmək sər- 
bəstdir, danışıq sadə, təbii və fərdidir, deyilənlərə münasibət 
subyektivdir. Hər kəs fikrini öz bildiyi kimi şərh və ya ifadə edir. 
Nitq, əsasən, dialoq şəklindədir. Nitqin hansı məcrada aparılması 
onun qurulmasına təsirsiz ötüşmür, fərdlərin daxili təbiətindən
savadından, dünyagörüşündən, sosial mövqeyindən asılı olaraq cümlə 
tipləri və sintaktik konstruksiyalar sadə formalarda qurulur. 
Müsahiblər elliptik və yarımçıq cümlələrdən, söz cümlələr, sintaktik 
təkrarlar, sual və nida cümlələrindən, in- versiyaya məruz qalmış 
cümlələrdən istifadə edirlər. Standart ifadələr müəyyən hissi halları 
ifadə etmək üçün işlədilir (Üzr istəyirəm; Təşəkkür edirəm! Nə dedin? 
Dedi... Çox yaxşı! Boş şeydir! Belə de! Ay sağ ol! və s.) 
Şərait və situasiyadan asılı olaraq ictimai yerlərdə rəqəmlərə, elmi 
faktlara, sübut və dəlillərə az müraciət olunur. Məlumat və 
söhbətlərdə fikirlər bir qədər səthi, üzdən, rabitəsiz cümlələrlə, 
subyektiv rəylərə əsasən verilir. Əgər söhbət ciddi planda, dərsdə və 
ya mühazirə otağında, savadlı adamlar arasında gedirsə, fikirlər daha 
dəqiq, məntiqi, obyektiv, səbəb - nəticə əlaqələri əsasında qurulur. 
219 


Deməli, adi danışıq üslubunda söhbətin, informasiyanın 
xarakterindən, harada və kimlər üçün, nə məqsədlə danışıldığı nəzərə 
alınır, münasibət bildirilir. Situasiya yadda saxlanmaqla ona müvafiq 
nitq qurulur. Nitqdə ədəbi dilin üslubi normalan, müxtəlif çalarları 
diqqətdə saxlanılır. 
AĞDAŞ RAYONU ŞİVƏLƏRİNDƏN BİR PARÇA 
Patcah əlin hara atdısa, boşa çıxdı. Oğlan unun əlin, qolun sarıdı, 
arvatdı-uşaxh saldı qazamata. Patcah burda qalmaqda olsun, sə hindi 
danışım oğlannan. Oğlan təzə patcah oldu, xalxı çox ədalətnən 
dolandırdı. Ölkədə hamı and işdi unun başına. Qoyşu döylətlər də 
ettiyat eləməyə başdadı. Vəzir yalvanf-yapışıf oya vəzir olmağ issədi. 
Təzə patcah unun şirin dillərinə məhəl qoymadı. "Qurd oğlu qurd 
olar" - deyif unu da saldı qazamata (19, səh.378). 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin