Səhər olçaq
şeyda bülbül oxuşdu,
Hökm olundu, Süleymanlar yerişdi,
Sərt qış gəldi, gülün vaxtı sovuşdu.
Daha iyləmirik biz bənövşəni.
Qurbani der: "Könlüm bundan sayrıdı.
Nə etmişəm yarım məndən ayrıdı?!
Ayrılıqmı çəkib boynu əyridi.
Heç yerdə görmədim düz bənövşəni!" (Aşıq Qurbani)
DANIŞIQ ETİKASI VƏ NİTQ ETİKETLƏRİ
Nitq mədəniyyətinin əsas müddəalarından biri danışıq etikası ilə
bağlıdır.
Etika
insanların bir-birinə,
cəmiyyətin insanlara
münasibətini tənzimləyən mədəni, nəzakətli danışığı və əxlaq
normalarını özündə ehtiva edir.
Etikaya
görə əxlaq cəmiyyətdə, insanlar arasında qarşılıqlı
münasibətləri nizamlayır. Etika mövcüd adət-ənənələrə tənqidi
yanaşmaqla insanlara cəmiyyətdə ictimai rəyə əsaslanıb əxlaq
normalarını könüllü yerinə yetirməyi aşılayır. Etik normalar əx- laqi
keyfiyyətlərin toplusudur. Xalqımızın
görkəmli şəxsiyyətləri, yazıçı
və mütəfəkkirləri insanın təhsili, tərbiyəsi, mənəvi- əxlaqi
keyfiyyətləri haqqında qiymətli fikirlər söyləmişlər.
N. Tusi yazırdı: "Böyüklər
damşərkən kinayə işlətməməli,.,
nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli,
zərurət
üzündən ayıb kəlməyə ehtiyac yarananda onu obrazlı, məcazi
ifadələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisdə
münasib danışmağı bacarmalıdır" (14 səh. 182)
Söz təkcə adlandırma və ünsiyyət funksiyasım deyil, həm də
müraciət funksiyasım yerinə yetirir. Müraciət formalanndan düzgün
və yerində istifadə nitq mədəniyyəti baxımından mühüm əhəmiyyət
daşıyır.
Əvvəllər, XVIII və XIX əsrin birinci rübün-
Dostları ilə paylaş: