Suleyman-m teze qxd


"Sual yerində verilmişdir", "Yaxşı sualdır"



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə149/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   145   146   147   148   149   150   151   152   153
Nitq-mədəniyyəti(1)

"Sual yerində verilmişdir", "Yaxşı sualdır", 
"Düşündürücü sualdır", "Mən bu sualı gözləyirdim" 
kimi fikrə 
münasibət bildirən ifadələrdən istifadə edərkən diskusiya xoş 
təəssürat yaradır. 
Sinifdə, auditoriyada dərs və ya məşğələ zamanı müəllim şagird 
və ya tələbələrin yerində, məqamında verilməyən bəsit suallarına da 
nəzakətlə, dözümlülük göstərməklə təmkinli cavab verməlidir. O, 
"Bu nə sualdır?", "Belə də sual olar?", "Sən onu da bilmirsən?", 
"Vaxtımızı almayın, əyləşin", "Mane olmayın, oturun!" 
və s. kimi 
ifadələr işlətməməlidir. Təəssüf ki, kobud ifadələr işlətməkdən 
çəkinməyən müəllimlər də vardır. Onlar "uşaqdır" deyə 
"Zəhləmi 
tökmə", "Başımı ağrıtma", "Açıl başımdan", "Sən belə şeyləri 
başa düşməzsən", "Səni başa salmaq çətindir", 
-deməklə öz 
"mədəni" səviyyəsini göstərirlər. 
Dinləmə zamanı tez-tez əsnəmək, saata baxmaq, laqeydliklə 
başını yelləmək, barmaqlarını əzişdirmək, telefonda mesajları 
nəzərdən keçirmək və s. kimi hallar da müəllimin sayğısızhğı- nm 
nümayişidir. Yadda saxlamaq lazımdır ki, cavab vermək bacarığı 
insanın əsas keyfiyyətlərindəndir. Əlbəttə, suallara düzəliş də etmək 
olar. 
"Gərək bu sualı belə qoyaydınız", "Bəlkə soruşmaq 
istəyirsiniz ki...?", "Bu sualı bir az başqa şəkildə vermək olar" 
və 
s. kimi ifadələrlə müəllim qismən olsa da, gərginliyi azaltmış olar, 
düzgün qurulmayan, yaxıd müəllimi sı 
Z31 


namaq məqsədilə verilən sualın yaratdığı xoş olmayan ovqatı ta- 
razlamaq üçün 
"Fikrimi izah edə bildimmi?", "Mənimlə ra- 
zısanmı?", "Razı qaldmızmı?", "Deyilənlərə etirazınız yoxdur 
ki?", "Cavabım sizi qane etdimi?", "Yoxsa fikrimi sizə çatdıra 
bilmədim?
"-kimi cümlələrlə aradakı boşluğu doldura bilər (2, səh. 
266).
 
Uşaqlara dinləmə bacarığına yiyələnmənin müxtəlif üsulları da 
aşılanmalıdır. Onlara izah olunmalıdır ki, başqasına qulaq asmağa 
səbri çatmayan şəxs boş-boşuna dayanmamaq, oturmamaq xatirinə nə 
isə etməyə, lüzumsuz bir iş görməyə, yersiz replika atmağa, başqaları 
ilə gərəksiz danışığa girişir, beləliklə, söylənilən fikirləri lazımi 
dərəcədə nə özü dərk edir, nə də başqalarının mənimsəməsinə imkan 
verir. Uşaqlara başa salınmalıdır ki, danışmaq da, dinləmək də eyni 
dərəcədə mədəniyyətdir, insanın ümumi mədəniyyəti onun nitq 
mədəniyyətinin inkişafında əsas şərtdir. Müəllim şagirdlərə, 
tələbələrə dönə-dönə, yorulmadan danışıq etikasının nə olduğunu 
anlatmalı, yeri gəldikcə, görkəmli şəxsiyyətlərin, yazıçılann, siyasi 
xadimlərin fikirlərini diqqətə çatdırmalıdır. 
Ümumiyyətlə, müəllimin nitqi ənun şəxsiyyətinin, mədəni 
səviyyəsinin, dünyagörüşünün tərkib hissəsi əlmaqla nümunəvi 
danışığa, eləcə də, yazı mədəniyyətinə aparan bir yoldur, üsuldur. 
Müəllim şagirdlərə, tələbələrə, gələcəkdə vətənimizin layiqli 
gəncləri, vətəndaşı olacaq insanlara sözü qiymətləndirib seçmək, ənun 
semantik mənasını anlamaq, hər ifadəni məqamında və düzgün 
işlətmək bacanğı aşılamalı, mədəni və savadlı nitqə yiyələnməkdə 
lazımlı vasitələr, yol və üsullar tapmaqda öz əməyini əsirgəməməlidir. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin