Suleyman-m teze qxd


"əziz müəllim", "hörmətli filankəs



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə148/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   145   146   147   148   149   150   151   152   153
Nitq-mədəniyyəti(1)

"əziz müəllim", "hörmətli filankəs 
"-deməli yox, eləcə də 
sual verməyi, suala cavab verməyi, sağollaşmağı, üzrxahlıq və ya 
təşəkkür etməyi, yeri gələndə hal-əhval tutmağı öyrənməli, bunu adi 
həyat normasına çevirməlidirlər. Onlar sualın münasibliyini, 
vacibliyini götür-qoy etməyin, ölçülü-biçili olmasının fərqinə 
varmalıdırlar. 
Sorğu -sual insanın insanlıq səviyyəsinin, dünyagörüşünün, bilik 
və məlumat dərəcəsinin aynasıdır. Sual vermə məqamına qədər 
diqqətli olmaq, söhbətin nədən getdiyini dəqiq bilmək zəruridir. 
Şagirdlərə öyrədilməlidir ki, sual söhbət gedən mövzudan olmaqla 
məntiqli, düşündürücü və öyrədici xarakter daşımalıdır. Müəllimə, 
lektora, məruzəçiyə, rəsmi yerlərdə isə müsahibə 
"Zəhmət olmasa 
deyin..", "Zəhmət olmasa başa salın", "Sizə belə bir sual vermək 
olarmı?", "Sizin şəxsi fikrinizi bilmək olarmı?"
-və s. kimi 
sual-cavabdan 
sonra üzrxahlıq etmək, cavabın qaneedici 
olub-olmamasına baxmayaraq 
"Çox sağ olun", "Razı qaldım", 
"Təşəkkür edirəm", "Minnətdaram" 
kimi söz və ifadələri 
işlədilməlidir. Təbii ki, danışan, çıxış edən fikrinin şərhindən sonra 
"Diqqətinizə görə təşəkkür edirəm", "Məni axıra qədər diqqətlə 
dinlədiyinizə görə sağ olun" 
deməyi unutmamalıdır. 
Bu hal auditoriyada, sinif otaqlannda, mühazirə salonunda baş 
vermişsə, müəllim (lektor, məruzəçi) sualın müqabilində 
"Sizi başa 
düşdüm", "Sualınız aydındır", "Suahnıza görə
230 


təşəkkür edirəm", "Çox yerində verilmiş sualdır", "Çalışaram, 
məsələyə aydınlıq gətirəm" 
və s. kimi nəzakətli ifadə və cümlələrlə 
dinləyicilərdə xoş təəssürat yaratmalıdır.
 
Suallar sinfin və ya auditoriyanın səviyyəsinə uyğun olmalı, 
mövzudan kənara çıxmamalıdır, Sual sual xatirinə verilməməli, eləcə 
də hamının bildiyi sual səsləndirilməməlidir. Cavab verməli olan şəxs 
sualları nəzakət və razılıqla qarşılamalı, onlara öz münasibətini 
bildirməlidir. Hazırda biz televiziya verilişlərində aparıcı ilə 
müsahibə verən şəxslər arasında bu aspektdə gedən sual və cavabların 
şahidi oluruq. 
Müsahib 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin