3.
intonasiyanın ünsürləri hansılardır?
4.
Nitqin sadəliyi üçün əsas şərtlər nədir?
5.
Şifahi nitqdə kitab tələffüzü nə üçün əsas götürülmür?
6.
Nitqin münasibliyi hansı amillərlə bağlıdır?
7.
Daxili nitq nədir? Onu pyesdə
bir priyom kimi qəbul etmək
olarmı? Daxili nitqin əsas xüsusiyyətləri hansılardır?
8.
Mədəni nitqi qeyri-mədəni nitqdən fərqləndirən nədir?
9.
Nağıllarda, əfsanə və fantastik
əsərlərdə məntiqilik
gözlənilirmi?
10.
İfadəliyin əsas şərtləri hansılardır? İfadəliyi, bədiiliyi
gücləndirən vasitələri deyin.
Çalışma 121.
Dələduzluqda suçlandmlan bir şəxsə zamin qalın,
ona
zəmanət
verin.
Çalışma 122.
Oxuduğunuz bir kitaba (dərsliyə)
referai
yazın.
Çalışma 123.
Mətndən nitq etiketlərini tapın, onlan qruplaşdırın
və hər qrupu ayrıca adlandırın.
... Budaq ox atanda Beyrək: - Əlin var olsun! - dedi. Uruz atanda:
- Əlin var olsun! - dedi. Yeynək də atanda: - Əlin var olsun! - dedi.
Şir Şəmsəddin atdı: - Əlin var olsun! - dedi. Elə ki, kürəkən atdı:-
Əlin qurusun, barmaqların çürüsün. Hey,
donuz oğlu donuz, bu
bəylərə qurban ol! - dedi.
Yalançı oğlu Yahncığın acığı tutdu, dedi: - Ədə, əbləh oğlu əbləh,
mənə belə sözlər deməyə sənin haqqın varmı? Gəl, əbləh oğlu, mənim
yayımı çək, yoxsa indi boynunu vurduraram!
Dədəm Qorqud gəldi, boy boyladı, soy söylədi:
Uca dağların yıxılmasın!
Böyük kölgəlik ağacın kəsilməsin!
Ağ saqqallı atanın yeri cənnət olsun!
Oğuldan, qardaşdan ayrılmasın!
(“Kitabi-Dədə
Qorqud” dastanından)
Dostları ilə paylaş: