Suleyman-m teze qxd


"xanım",  kişilərə isə sadəcə  olaraq adından sonra  "kişi"



Yüklə 2,03 Mb.
Pdf görüntüsü
səhifə144/153
tarix13.12.2023
ölçüsü2,03 Mb.
#174448
1   ...   140   141   142   143   144   145   146   147   ...   153
Nitq-mədəniyyəti(1)

"xanım", 
kişilərə isə sadəcə 
olaraq adından sonra 
"kişi" 
sözünü işlətmək məqbuldur. Əgər bu 
şəxslərin sənəti, peşəsi məlumdursa, adından sonra müəllim, həkim 
(doktor), bəzi məqamlarda addan 
əvvəl mühəndis, geoloq, fermer, 
həkim 
sözlərini işlətmək yerinə düşər. 
Bilmək lazımdır ki, etiket formalan ilk növbədə spesifik situasiya 
ilə bağlıdır. Görüş, günün hansı çağında salamlaşma, xu 



dahafizləşmə, qonaq qəbulu zamanı işlədilən etiketlər situasiya 
haqqında müəyyən təsəvvür yaradır. "Dil insanlara əna görə 
verilməmişdir ki, düşündüklərinin hamısını ifadə etsin, əna görə 
verilmişdir ki, fikirlərini gizlətsin" - aforizmini xatırlatmaq yerinə 
düşərdi. Məşhur natiq Taleyran demişdir; "Dil fikri açmaq üçün yox, 
fikri gizlətmək üçündür". Ümumiyyətlə, ziyalı, mədəni adamlar 
danışıqda səbirli və dözümlü olmağı məsləhət görürlər. 
Müasir dövrümüzdə mədəni danışıq etikası və müraciət qay- 
dalan hər bir adamın həyatında başlıca davranış, adət halına keçməli, 
hər kəs təkcə ictimai yerlərdə, kollektivdə deyil, eləcə də həyatın 
bütün sahələrində-evdə, ailədə, küçədə, bazarda, nəqliyyatda və s. etik 
nərmalara, danışıq və yazı etikasına (bu, ilk növbədə bizim 
saysız-hesabsız mətbuat orqanlarımıza, xüsusən, reket qəzetlərimizə 
aiddir) riayət etməli, kiminlə necə danışmaq, kimə necə müraciət 
etmək, kimdən necə yazmaq qay- dalannı həmişə, hər yerdə yadda 
saxlamalı, gündəlik həyat devizinə çevirməlidir. 
Nitq etiketləri öz normaları daxilində inkişaf edir, təkmilləşir. 
Bugünkü gənc nəsil müraciət qaydalarına, müxtəlif xarakterli 
xəbərləri çatdırma, dinləmə, soruşma, cavab vermə və söhbətə 
qoşulma mədəniyyətinə dərindən yiyələnməlidir. Gənclər həmişəlik 
yadda saxlamalıdırlar ki, ünsiyyətə girmək, informasiya vermək və 
almaq nitq mədəniyyətinin, insanın ümumi mədəniyyətinin tərkib 
hissəsidir, bunları bilmək və riayət etmək hər bir şəxsin borcudur. 
Ünsiyyət müraciətlə başlanır, - deyirlər. Salamlaşmaq, xoş 
sözlərlə hal-əhval tutmaq, gülümsər sifətlə müraciət etmək insan 
mədəniyyətində ilkin şərtdir. Kimə, harada, necə müraciət etməyi hər 
kəs evdən, ailədən, bağçadan görüb, eşidib götürür. Xoş ünsiyyət
səmimi münasibət yalnız mehribanlıq, qayğı və hörmət əsnasında 
mümkündür və bu da ilk tanışlıqdan başlamış birgə yaşayış, iş 
fəaliyyəti ilə, ümumiyyətlə, bütün ömrümüz boyu müraciət etiketləri 
ilə həmahəngdir. 
2Z7 


ünsiyyət üslubu nitq fəaliyyətinin müxtəlif sahələrini əhatə 
etməklə müraciət etiketlərini həmişə nəzərdə saxlayır. 

Yüklə 2,03 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin