Allah qoysa, hər şey yaxşı olajax.
Ana, mənnən niyaran qalmayın. Özümü lap yaxçı his edirəm.
Hammızı öpürəm.
Hörmətnən: Sənin əskər oğlun Mehti.
18 may 2010-cu il
DƏVƏTNAMƏ
"Dəvətnamə" ərəbcə
"dəvət"
(çağırmaq, təklif etmək) və farsca
"namə"
(məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir,
çağırış
mənasındadır. Dəvətnamə, adətən, təntənəli məclislərə, elmi
konfranslara, yubileyə,
ad gününə, toylara və s. yerlərə çağırış
məqsədilə yazılır.
Nümunə:
Hörmətli K. B.
Ramazanov
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası Sizi
xalq şairi Rəsul Rzanın anadan olmasının 100 illiyinə həsr olunmuş
tədbirə dəvət edir.
Yubiley
tədbirində şairin oğlu, Azərbaycan Yazıçılar
Birliyinin
sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Nizami Cəfərov, tanınmış
şair və incəsənət
xadimləri iştirak edəcəkdir. Yubiley tədbiri 2010- cu il may ayının
26-da saat 12""-da Azərb DBTİA-nm akt zalında (I mərtəbə)
keçiriləcəkdir.
Ünvan: Fətəli xan Xoyski küçəsi, 98
Əlaqə telefonu: 564-89-73
Təşkilat komitəsi.
ZZZ
Sual
və
tapşırıqlar
1.
Ailə-məişət üslubu nədir?
2.
Məişət üslubunda bütün dil vahidlərindən istifadə olunurmu?
3.
Məişət üslubunda obrazlığa, ifadəliyə yol verilirmi?
4.
Epistolyar üslub nədir?
5.
Məktublann hansı növləri vardır? Tələbələr onlardan hansını
özlərinə münasib hesab edirlər?
6.
Korrespondent və adresat nə deməkdir, hansı üsluba aiddir və
hansı əməli yazıda əks olunur?
7.
Nitqin intonasiyası dedikdə nələr başa düşülür?
8.
Nitqin zənginliyi hansı üslublar üçün səciyyəvidir?
9.
İntonasiyanın ünsürlərini deyin və onları izah edin.
10.
Bədii nitqdə hansı cəhətlər üstünlük təşkil edir? Bədii nitqin
dəqiqliyi hansı şərtlərlə əlaqədardır?
Dostları ilə paylaş: