20 dekabr 2010-cu il
İzzət Seyfullayevin imzasını təsdiq edirəm:
Masallı Dövlət Notariat
kontorunun müdiri:imza və möhür;/
Hüseynov R.S.
***
36. ZƏMANƏT
"Zəmanət"
ərəb mənşəli sözdür,
"zamin olma", "öhdəsinə
götürmə"
mənasındadır. Hüquqi sənəd olan zəmanət əsasında
məhkəmə, prokuror və ya müstəntiq müttəhimi azad edə bilər.
Zəmanət əmək kollektivləri və ictimai təşkilatlar tərəfindən hüquq
mühafizə orqanlannm adma yazılır.
Nümunə:
Zəmanət
Bakı şəhəri. Baş polis İdarəsinin müstəntiqi İlyas Həsən oğlu
Kərimova
216
9-cu mikrorayon, Mir Cəlal küçəsi, bina 12, mənzil 26-da yaşayan
14 yaşlı (1997-ci il təvəllüdlü), 37 saylı məktəbin VIII sinfində
əxuyan əğlum Əvəz İlham oğlu Nağıyevin üç nəfər sinif yəldaşı ilə
avtəməbil qaçıraraq əyləndikləri haqqında məlumatı aldım. Məlumata
qədər bu barədə xəbərim olmayıb.
Məktəb rəhbərliyinin iştirakı ilə keçirilən yığıncaqda və evimizdə
əlan söhbətdə əğlum Əvəz söz vermişdir ki, bir də heç vaxt belə
hadisəyə yəl verməyəcəkdir. Mən öz adımdan söz verir və zamin
dururam ki, əğlum Əvəz bir daha belə xoşagəlməz hallara - kiçik
dələduzluğa yəl verməyəcəkdir.
İmza:
İlham Teymur oğlu Nağıyev
Əvdz Nağıyevin valideyni
23 may 2010-cu il
Sual və tapşırıqlar
1.
Rəsmi-kargüzarlıq üslubu nədir, ənun elmi üslubdan fərqi
nədədir?
2.
Rəsmi sənədlər üçün səciyyəvi cəhətlər hansılardır?
3.
İşgüzar üslubda bədii obrazhğa, ekspressivlik və emosionallığa
yer verilirmi?
4.
İşgüzar üslubun əsas xüsusiyyətləri hansılardır?
5.
Ştamp və ya standart söz-ifadələr nəyi nəzərdə tutur?
6.
Əməli yazı nümunələri kimlərdən kimə yazılır?
7.
Əməli yazıya aid sənədlərin adlarını xatırlayın, bir neçəsinin
yazılma forması haqqında məlumat verin.
8.
Nitqin düzgünlüyü, dəqiqliyi hamıdan tələb olunur. Bəs
ifadəlik necə? İfadəli nitq kimlərə aiddir?
9.
Hansı nitq təmiz sayılır? Nitqin təmizliyi ədəbi dilin
normalarına əsaslanmaq əsasında, yoxsa dil vasitələrinin təhrif
olunmaması hesabına təmin olunur?
10.
Hansı hallar nitqin yığcamlığına mənfi təsir göstərir, oxucu və
dinləyiciləri yorur?
217
|