də Azərbaycanda xanlıqlar zamanı
xan, xanım, bəy, bəyim, ağa
sözləri müraciət formaları kimi çox işlək olmuşdur.
Məşədi, hacı,
kərbəlayi, seyid, şeyx, axund, molla
sözləri dini müraciət formasım
təşkil etmişdir və indi də qalmaqdadır. Xalqımızın milli ənənələrinə,
təfəkkür tərzinə, etik görüşlərinə uyğun olaraq son 70 ildə
yoldaş,
müəllim, bəy
sözləri,
indi isə
cənab
sözü rəsmi və qeyri-rəsmi
müraciət formalan kimi istifadədədir.
İnsanlar arasında ictimai əlaqələrə, qocalara və uşaqlara, qızlara
və qadınlara, yaşça və vəzifəcə böyüklərə
münasibət məsələsi
danışıqda gözlənilən amillərdəndir. İnsanlara edilən müraciət
formalanmn müxtəlifliyi əksər hallarda bu baxımdan qiymətləndirilir.
Məsələn, qohumluq münasibəti bildirən sözlərə baxmaq yerinə düşər;
atacan, anacan, anam-bacım, atam balası, gəlinbacı, dayıcan,
əmican, qaqaş
və s. Bu sözlərlə, əsasən, ən yaxın adamlara müraciət
olunur. Amma bu, həmişə belə olmur.
"Əmican", "dayıcan"
deyə
müraciət olunan şəxs sözü deyənin doğrudan-doğruya
əmisi və ya
dayısı olmaya da bilər. Xoş qılıq anlamında "can" sözü müraciəti
doğmalaşdım. Doğmalıq bildirən müraciət formaları adlara da əlavə
kimi işlədilir: Səfər əmi. Nadir dayı. Zərifə xala və s.
Azərbaycanda geniş şəkildə işlədilən müraciət forması
keçən
əsrin iyirminci-doxsanıncı illərində "müəllim" sözü olmuşdur.
Hazırda bu sözü adlarla birlikdə təkcə təlim-tərbiyə işləri ilə məşğul
olanlara deyil, həm də rəsmiyyət və hörmət naminə başqa sənət
adamlarına da (müəssisə, təşkilat, idarə rəhbərliyinə) şamil edirlər.
Müraciət olunanda "müəllim" sözü şəxsin adı ilə birlikdə işlədilir;
Ramiz müəllim, Müslüm müəllim. Rövnəq müəllim. Nailə müəllimə
və s. Hazırda məsul vəzifəli şəxslərə yaxın adamlarından fərqli olaraq
geniş ictimaiyyət "cənab" sözünü həmin şəxsin soyadı
ilə birlikdə
işlədir. Cənab Abdullayev,
cənab Məmmədov, cənab səfir,
cənab
hakim, cənab nazir, cənab Misir müəllim, möhtərəm Şeyx həzrətləri
və s. rəsmi məqamlarda geniş işləklik qazanmışdır. Təkcə ölkə
prezidentinə deyi
Dostları ilə paylaş: