Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə102/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   98   99   100   101   102   103   104   105   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

öyrənilməsinə
və 
tətbiqinə
xüsusi diqqət yetirilir. Hər bəndlə əlaqədar bu qaydada aparılan işin 
sonunda bir neçə şagirdin oxusu dinlənilir. Şeirin ilk beş bəndinin (bu, şərtidir
çox və ya az ola bilər) üzərində aparılan iş tamamlandıqdan sonra bir, yaxud iki 
şagirdin ifası dinlənilir, ifalara münasibət bildirilir.
Sonrakı mərhələlərdə sinifdə üzərində iş aparılmış bəndlər bədii oxu usta-
sının ifasında dinlənilir. İfa müzakirə edilir. Həmin bəndlər ikinci bədii oxu usta-
sının ifasında da dinlənilir və ifalar müqayisə edilir. Şagirdlərin oxusu bəyənilmiş 
oxu ustasının ifası ilə müqayisə edilir. Bu mərhələ şeirə dönə-dönə müraciət edil-
məsinə səbəb olur. Əsərin ən xırda incəliklərinə qədər qavranılmasına, şagirdlərin 
bədii-estetik tərbiyələrinə, tənqidi və yaradıcı təfəkkürlərinin inkişafına əhəmiy-
yətli təsir göstərir.
Əruz vəznli şeirlərdə
saitlərin kəmiyyəti deyil, keyfiyyəti- 
uzun, qısalığı əsas götürülür. Heca vəznindən fərqli olaraq, əruz 
vəznli şeirlərdə misradaxili bölgü (fasilə) sözlərin hissələrə ayrıl-
ması, müəyyən hissələrdən sonra fasilə edilməsinə əsaslanır. Nəzə-
rə almaq lazımdır ki, əruzun bəhrləri, nəzmdəki ölçü vahidləri ərəb 
dilinə, söz, ifadə və tərkiblərinə, onların ahəng, musiqisinə əsaslan-
dığı üçün Azərbaycan sözlərinin bəzən deyilişi vəznin tələblərinə 


167 
uyğun olaraq təhrifə məruz qalır (ya süni surətdə uzadılır, ya qısal-
dılır: 
Səmadan bir mələk heyrətlə der insanlar, insanlar, 
Nədir bu ruyi- ərzi qaplayan al qanlar, insanlar? 
Bu beytin birinci misrasında “deyər” sözü vəznin tələb və 
ahənginə görə “der” şəklində işlənmişdir. 
Yaxud başqa bir misrada sözün vəzn tələbinə tabe edilərək
uzadıldığını görürük

Dünyaya qədəm qoyduğumu oldu cinayət? 
Bundan ötrü tiflə verirlərmiş əziyyət? 
M.Hadi 
 
Bu vəzndə misralardakı qəliblərin sayı və tənasübündən başqa 
şeirin ahəngi, səsləri, vurğuların musiqisi, yaratdığı cazibə qulağa 
xoş gəlir.
1
Şairlərimizin əruz vəznində yazdığı əsərlərdə ana dili-
mizin zəngin, əlvan, incə xüsusiyyətləri öz əksini tapmışdır.
Əruz vəznli şeirlərdə - rübai, qəzəl, qəsidə, müxəmməs, qitə və 
s. əsərin yazıldığı bəhr ifadəli oxunun ritmini, ahəngini müəyyən-
ləşdirir: 
1.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin