Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə126/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   122   123   124   125   126   127   128   129   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

M.Hüseyn 


231 
BABƏKİN ANDI 
 
Ana-bala buxarı qabağında üz-üzə oturmuşdular. Ana həsrətli və mehriban 
baxışlarını oğlunun üzündən ayırmırdı. Elə bil ki, ondan ayrılacağından, bu 
qaraşın üzə, bu çatma qaşlara, bu ala gözlərə yenə həsrət qalacağından qorxurdu. 
Necə də qorxmayaydı. İndi yeddi-səkkiz il idi ki, balasını doyunca görməmişdi. 
O, sarbana nökərçiliyə veriləndə doqquz-on yaşında bir uşaq idi. 
İndi on yeddi-on səkkiz yaşlı bir igid olmuşdu. Karvanla birgə şəhərləri
ölkələri qarış-qarış gəzmiş, qışın şaxtasından, yayın qızmarından üzünün dərisi 
bərkiyib sərtləşmişdi. 
Ana çoxdan bəri ürəyində bəslədiyi dadlı xəyal və arzularını oğluna bil-
dirmək istəyirdi. Onu razı salıb yanında saxlamağı, əzab və əziyyətlərlə dolu olan 
ömrünün son günlərini oğlu ilə birgə keçirməyi arzu edirdi. Bu ümidlə oğluna 
dedi: 
– Nə yaxşı oldu ki, gəldin, oğul... Gözüm yollarda qalmışdı. Deyirəm ki, 
daha heç yana getmə. Ac-yalavac da olsa, bu kasıb daxmamızda birtəhər 
dolanarıq... 
Babək anasının ürəyindən keçənləri duydu. Onu boş xəyallarla yormamaq 
üçün sözünü yarımçıq qoyub dilləndi: 
– Yox, anacan, mən burada qala bilmərəm. Elə bu “birtəhər, ac-yalavac 
dolanmağa” qatlaşmaq bizim evimizi yıxıb. Daha bəsdir!.. 
O, sanki anasına yox, minlərlə adama deyirmiş kimi, sözünə davam etdi: 
– Daha bəsdir, ana... Mən İrandan, Ərəbistandan Hindistana qədər hər yeri 
qarış-qarış gəzmişəm. Azərbaycan torpağı hər yerdən bərəkətli, Azərbaycan 
oğulları hamıdan qeyrətlidir. Biz niyə “birtəhər, ac-yalavac dolanmağa” qatlaşaq? 
Yox, mən gedəcəyəm, ana!.. 
Gənc Babək özü də istəmədən bu amansız sözləri ilə ananın yaralı qəlbini 
qanatmışdı. Dərdli ana hıçqırıqlı bir səslə inlədi: 
– Oğul, bəs mənə yazığın gəlmirmi? Məni qoyub hara gedirsən? 
Babək anası ilə sərt danışdığını indi başa düşüb, yumşaq, lakin inamlı bir 
səslə dedi: 
– Elə demə, anacan. Anasına kəm baxan oğulun gözlərinə qan damar! 
Mən səni sevdiyim üçün belə düşünürəm, anacan! Mən karvanda yeddi-
səkkiz il çarvadarlıq etdim. Təbrizdə emalatxanalarda işlədim. Azdan-çoxdan 
qazancım var. Bir inək, beş-on qoyun-keçi alıb, sən deyən kimi “birtəhər” dolana 
bilərik. Ancaq sabah xəlifənin əmirləri, İranın naibləri onu da tutub əlimizdən 
alacaqlar. Bəs sonra?.. Sonra necə olsun?! Yox, anacan, yaxşı oğul gərək təkcə 
özünü, öz komasını düşünməsin... Bizim elimiz, yurdumuz var, anacan! Sənin də, 
mənim də böyük bir anamız var – Vətən! Anacan, mən səni sevirəm, ancaq 
Vətənimi də sevirəm. Bil ki, ərəb işğalçıları ilə İran hakimləri Vətəndən 
qovulmadıqca... 
Elə bu zaman daxmanın qapısı şiddətlə döyüldü, bayırdan at kişnəmələri, it 
hürüşmələri eşidildi.
 
 

 
 
M.Rzaquluzadə 


232 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin