71
tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim.
– Azad, – dedim, – dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən
yaş gəlmir. Bu nə güzəran, bu nə dirrikdir? Azad! İşləməyə yer yox, daniş-
gahda oxumağa imkan yox, oğruluqmu edim, qardaş? Əlim sağ, qolum sağ,
özümdə dağ gücü hiss edirəm, mən nələr edə bilmərəm? Əlimdən nə gəlməz?
Nəyə gücüm çatmaz? Vallah, “Od dəryasını yar keç!” desələr, keçərəm. Bəs indi
də işləməyəndə, mən nə zaman işləyəcəyəm?!
O nə isə tikirdi. Mən sözə başlayarkən əl saxlayıb, ani olaraq üzümə baxdı,
yenə iynəsini götürərək öz işinə məşğul oldu... Söz bura çatan kimi, o, iynəsini
yerə qoyub sakit nəzərlərini mənə çevirdi...
– Azad, – dedim, – bizim hərəmizin iyirmi dörd yaşımız var... Kim bilir,
bəlkə də ömrümüzün yarısını, bəlkə də çoxunu yaşamışıq... Bu iyirmi dörd ildə
biz nə görmüşük? Bir tikə çörək, qışda bir manqal kömür dərdindən başqa, hansı
bir fikir, hansı bir əməl qəlbimizi döyündürmüşdür? Məgər həyat budur?..
Yaşayışın qayəsi budurmu?.. Sən elə bilmə ki, məni danışdıran pulsuzluq və ya
aclıqdır... Yox! Azad! Fikrimdə başqa şeylər dolanır. Bizim bu iyrənc mühitə
baxıram, ürəyim bulanır. Sahibi-mənsəblərimizi götür... Bir heyvanın həyatı
onların həyatından daha faydalıdır. Heç olmazsa heyvanın bir şeyə xeyri olur.
Onlar isə yeyir, yatır, işsizlikdən şişir, toxluqdan harınlıq etməyə başlayır, xalqa
min cür əziyyət verirlər... Mən ki belə həyatı istəməzdim... Bir iş görmək
istəyirəm, Azad!.. Elə bir iş ki, bizdən sonra gələnlər də ondan bir xeyir görsün-
lər. Kəndə gedəcəyəm. Bir ərbaba nökər olub bağbanlıq edəcəyəm... Heç olmasa
ağac əkərəm, bağ salaram, öləndən beş il sonra insanlar bir xeyir görərlər. Adımı
rəhmətlə çəkərlər!
Mən bu qədər danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir
nöqtəyə dikib durdu... Mənə elə gəldi ki, o, ömründə bir dəfə də belə məsələlər
haqqında düşünməmişdir. Durub dükandan çıxmaq istədim... O, yerindən tərpən-
mədi, mən onun üzünə baxıb acıqla dedim:
Yazıq, min yazıq bizə baxıb övladlarım var deyən vətənə! Yazıq bu gül kimi
Azərbaycan torpağına ki, üstündə sən və mən gəzirik. O, bizdən nə xeyir gördü?
Bizim həyatımız bir qara quruşa dəyməz!.. Çünki bizcə, həyat yeməkdən, yat-
maqdan, yenə yeməkdən və yatmaqdan ibarətdir. Biz, ölüm qapımızı döyən günə
kimi də belə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq... Yaşamaq üçün ölən insan-
lardan xəbərsizik! Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar...
səni də, məni də. Yox, bəlkə səni bir yad edən tapıldı... Deyəcəklər ki, dərzi Azad
yaxşı yamaq salardı... Allah rəhmət eləsin!
(M.İbrahimov)
Dostları ilə paylaş: