73
gedənə qədər Gülağanın bu fotoşəkli ilə danışırdı, bu fotoşəkillə də söhbət edirdi
və çox vaxt da bu danışıq, bu söhbət sözsüz olurdu, çünki Gülağa həmişə Sonanı
sözsüz də başa düşürdü, adicə bir-birlərinin gözünün içinə baxmaq kifayət idi və
Gülağa bu fotoşəkildə də Sonanı başa düşürdü, Sona bunu bədəninin bir hücey-
rəsi ilə hiss edirdi, duyurdu.
Bir neçə gün idi ki, Sonaya elə gəlirdi ki, bu fotoşəkildə nəsə bir dəyişiklik
var, nəsə əvvəlki kimi deyil, amma baxırdı, baxırdı və bu dəyişikliyin nə oldu-
ğunu tapa bilmirdi. Gülağaya indi də həmişəki kimi baxırdı, dodaqlarındakı o
təbəssüm də həmişəki kimi idi, amma bütün bunlarla bərabər, Gülağanın bu foto-
şəkilində nəsə elə bir şey var idi ki, əvvəllər yox idi və ümumiyyətlə… ümu-
miyyətlə… fotolarda elə şey olmurdu
(Elçin).
Dostları ilə paylaş: