Bilal Həsənli Nazilə Abdullazadə


Cümlədə fasilə qısa (/), orta (//) və uzun müddətli ola



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə45/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Cümlədə fasilə qısa (/), orta (//) və uzun müddətli ola 
bilər (///). 
Nitq axını məna bitkinliyinə uyğun olaraq, məzmun baxımın-
dan müəyyən hissələrə, bitkin parçalara bölünür. Məzmunca bitkin 
olan nitq parçalarının aydınlığına, düzgün başa düşülməsinə onların 
arasında fasilələr etməklə nail olmaq mümkündür. Bu fasilələr nit-
qin aydın başa düşülməsinə zəmin yaradır.
 Nitq parçaları arasında 
fasilələr məntiqi fasilə adlanır.
Məntiqi fasilə 
söz və ifadənin mənasını daha aydın nəzərə çat-
dırmağa, cümlələni nitq vahidlərinə ayırmağa xidmət edir.
 
Bununla 
yanaşı, həm də söz və ifadələr arasında vəhdət yaratmaqla onları 
vahid fikir ətrafında birləşdirir. Xitab və ara sözlər cümlədəki digər 
söz və ifadələrdən məntiqi fasilə ilə ayrılır. Bu ayrılma (fasilə) dur-
ğu işarələri vasitəsilə əks etdirilir. Bir sıra hallarda isə məntiqi fasilə 
edildiyi halda, yazıda heç bir durğu işarəsindən istifadə olunmur.
Fasilənin yerinin düzgün müəyyənləşdirilməməsi, fasiləyə əməl 
edilməməsi fikrin təhrif olunmasına, yanlış başa düşülməsinə səbəb 
olur. Mətndə fasilələrin yeri sözlərin məna və qrammatik əlaqələrin-
dən asılı olaraq müəyyənləşdirilir. Məsələn, “Oxu,/ atan kimi savad-
sız olma” və “Oxu atan kimi,/ savadsız olma” və ya “Öldür-
mək,//olmaz bağışlamaq”, “Öldürmək olmaz,// bağışlamaq” cümlə-
lərində fasilənin yerinin dəyişməsi mənanın dəyişməsinə gətirib 


83 
çıxarmışdır. 
Məntiqi fasilənin yerini düzgün müəyyənləşdirmək üçün mətn-
dəki sözlər arasındakı qrammatik, məna əlaqələri aydınlaşdırılma-
lıdır. Qrammatik (uzlaşma, yanaşma, idarə) və məna baxımından 
bir-biri ilə sıx bağlı olan sözlər eyni nitq zəncirinin halqalarını təşkil 
edir. Odur ki, eyni nitq zəncirinin halqaları bir söz kimi tələffüz 
edilir, onların arasında fasilə edilmir. Lakin bu zaman halqaya daxil 
olan ayrı-ayrı sözlərin düzgün tələffüzü diqqət mərkəsində saxlanıl-
malıdır. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin