Bilal Həsənli Nazilə Abdullazadə


♦ Həmcins üzvlü cümlələri tapıb oxuyun. Sadalama intonasiyasına mü-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə48/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Həmcins üzvlü cümlələri tapıb oxuyun. Sadalama intonasiyasına mü-
vafiq olaraq fasiləyə diqqət yetirin
.
Şirvanın gecəsi təzə ot və şeh ətri ilə dolu idi. Ətraf dağların sızağı, çən-
çərməsi aşağılarda duyulur və hərdən atlıların üzünə soyuq vururdu, amma dərhal 
da ötəri yel kimi keçib gedirdi. Çünki bu aşağı dərə və təpələrin hakimi bahar idi. 
Çökək, çaxrax yerlərdə, yarğan və selavlarda, dağların qar suyundan əmələ gəl-
miş qısa ömürlü şırranlar səslənirdi və bu vaxt yarpız ətri hər şeyi üstələyirdi. 
Dikdirlərdə, atların dırnaqları quraxsımış güney torpağını döyəcləyəndə isə gah 
dalğa-dalğa yovşan ətri gəlir, gah da tala-tala lalə çöllərinin yanğısı duyulurdu. 
Hərdən hardansa kişnərti eşidiləndə müridlər dərhal cilovları çəkib dayanır, 
atların səksəkə ilə qırpılan qulaqlarından və təpə qaraltılarından başqa qaranlıqda 
heç nə seçilməsə də, gözlərini o yan-bu yana gəzdirə-gəzdirə təhlükənin sovuş-
masını gözləyirdilər, ya da cəld çapıb çökəklərə enirdilər ki, aşağıdan axıb yuxa-
rılarda, ulduzlu göy altında gəlib-gedənlərin qaraltısını görə bilsinlər. Bu vaxt 
enişlərdə at büdrədikcə, Nəsiminin yapışıb qurumuş sağrıları ordan-burdan göz-
göz olub göynəyirdi. Lakin nə təhlükə ehtimalı onun fikrini Fatmadan ayırırdı, nə 
də canındakı göynərtilər (
İ.Hüseynov).
*** 
Zaman dayandı. Ürəklərin çırpıntısından, döyüntüsündən başqa bütün səslər, 
nəğmələr, çoban neylərinin sədası, quşların cəhcəhi, atların kişnərtisi, qoçların 
mələrtisi… eşidilməz oldu. İki nəfərin yaydığı hərarətdən, sıcaqlıqdan başqa 
bütün hisslər duyulmadı. Gözlər də yumuldu. 
Böyük, qadir, əzəli və əbədi eşqin təntənəsi axınında, onu insanlara ən ləziz 
nemət kimi bəxş etmiş ana təbiət də susmuşdu sanki… 
İki ürək, iki can bir-birinə minnətdarlıq hissilə ayılanda zaman də oyan-
mışdı, ömürdən keçən dəqiqələri sayırdı. Təbiət də dilə gəlmiş, sevişənlərə təbrik 
deyirdi: quşlar oxuyurdu, qulanlar, ürgələr, ayğırlar kişnəşirdi. İlxıcların qırman-
cının şaqqıltısı aləmə yayılırdı. Gögtanrı, Günəş tanrı nura, şəfəqə boyandı. 
*** 
Gəncə yatmışdı. Şəhərin və ətraf kəndlərin toxucuları, dəmirçiləri, duluşçu-
ları, dabbaqları, boyaqçıları, şəhərin sənətkarlıq emalatxanalarında günəmuzd 
işləyən nökərlər günortanın bu görünməmiş cırhacırında, axşamın istisində o 
qədər işləyib əldən düşmüşdülər ki, gecənin bürküsünə baxmayaraq indi yeddinci 
yuxularını alırdılar. Tacirlər, dükandarlar, saray adamları, hökumət işçiləri, ar-
vadlar, uşaqlar də bu bürküdə yerlərində çapalaya-çapalaya axır ki, yuxuya 


86 
getmişdi.
Təkcə Ziyad xan yatmamışdı. Hər halda Ziyad xana elə gəlirdi ki, bu boyda 
Gəncədə, Qarabağ bəylərbəyliyinin bu boyda mərkəzində təkcə onun yuxusu ərşə 
çəkilib. Kür ilə Araz arasında yerləşən Qarabağ bəylərbəyliyi cənubda Qafandan, 
Ordubaddan, Naxçıvandan tutmuş, şimalda Qazağacan, qərbdə Cavaddan tutmuş 
şərqdə Göyçə gölünəcən böyük bir ərazini özündə birləşdirirdi və Səfəvilər 
bəylərbəylikləri kimi bilavasitə dənizə çıxmasa da, Çuxursəd və yenə Təbriz bəy-
lərbəylikləri kimi Osmanlılara həmsərhəd olmasa da, Qarabağ bəylərbəyliyi
əslində, Səfəvilər dövlətinin ən etibarlı şimal istehkamı idi və Ziyad xan bütün bu 
yerlərin hakimi-mütləqi idi (
Elçin
). 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin