82
vacib deyil, vacib olan budur ki, təqribən cümləyə bərabər olan
fonetik birləşmə xüsusi növlü vurğu ilə nitqin fonetik zəncirində bir
durğunluq nöqtəsi yaradır, təqribən bir nəfəsalma zamanı qədər
fasilədən sonra nitqin fonetik axını (əgər varsa) yenə də davam
etdirilir.
Məlumdur ki, sözlər hecalardan, hecalar isə səslərdən ibarətdir.
Hər bir sözün daxilində səs qruplaşmaları olur. Saitlərin köməyi ilə
yaranan heca ən kiçik səs qruplaşmasıdır. Digər səslərə nisbətən
daha güclü, vurğu ilə tələffüz olunan səs hecanın əsasını təşkil edir.
Həmin heca isə sözdə mərkəz rolu oynayır. Hecalardan sözlər, söz-
lərin qruplaşmasından isə söz birləşməsi və cümlələr yaranır. Belə-
liklə, səs, heca, söz, söz birləşməsi, cümlə nitq axının fonetik parça-
larıdır.” Bizim nitqimiz bitmiş bir fikir ifadə edən söz və ya söz
birləşmələrindən ibarətdir. Nitqdə cümlələr bir-birindən fasilə ilə
ayrılır.
Dostları ilə paylaş: