Bilal Həsənli Nazilə Abdullazadə


Almaz . O deyir ki, uşağı o tutmuşdur. Qoy o desin: uşaq qızdır, ya oğlandır?  Fatmansa



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Almaz
. O deyir ki, uşağı o tutmuşdur. Qoy o desin: uşaq qızdır, ya oğlandır? 
Fatmansa
. Nə? Qızdır, ya oğlan? Qızdır, ya oğlan? 
Barat.
Dillənsənə, imansız? Qızdır, ya oğlandır? 
Fatmansa.
Qızdır, ya oğlandır? 
(Cəfər Cabbarlı) 
 
Bu nümunədə “nə” sözündən sonra psixoloji fasilə edilir. 
A.S.Puşkinin “Yevgeni Onegin” poemasından aşağıdakı nü-
munədə üçüncü misrada 
sevirəm s
özündən sonra psixoloji fasilə 
edilməsi zəruridir. İlk misralarda Y.Oneginin dedikləri əsərin qəh-
rəmanı Tatyanada qarşılıqlı məhəbbətə ümid hissi yaradır. Lakin 
sonuncu misrada fikrin gözlənilməz davamı onu sarsıdır, ümidlərini 
puça çıxarır: 
Xəyallar, sənələr dönməz geriyə, 
Dəyişə bilmərəm qəlbi yenidən.
Mən sizi sevirəm// bir bacı deyə, 
Bəlkə qardaşdan da mehribanam mən.
A.Puşkin 
Ritmik fasilələr 
isə şeirdə misranın sonunda olur. Məlumdur 
ki, ritm səs, nitq ünsürlərinin təkrarlanmasında müəyyən ardıcıllıq, 
ahəngin gözlənilməsidir. Bu təkrarlanma hiss orqanları, xüsusən 
eşitmə orqanları tərəfindən qavranılır. Ritm özünü nəsr əsərlərində 
də göstərə bilir. Lakin şeirdə bu daha qabarıqdır. Belə ki, əsərin hər 
misrası və bütünlüklə şeirin özü ritmik vahid kimi çıxış edir. Şeiri 
oxuyarkən ritmin itməməsi üçün hər sətrin, misranın sonunda fasilə 
edilir. Lakin şeirdə misradaxili fasilələrin də olduğu unudulma-
malıdır. 
 
 
 
Yay günü./ Yol üstü./Ağac kölgəsi... // 
Kölgədə bir gəlin /oturmuş yalqız; // 
Od tökür başına /göyün nəfəsi, // 
Yatır qucağında/ südəmər bir qız. //
S.Vurğun 


85 
♦ Nümunədə fasilələrin yerini və davamlılığını müəyyənləşdirin

Dəniz sakit idi o gün. Ağ köpüklü mavi ləpələr bir-birinin ardınca sakit-sakit 
sahilə doğru iməkləyir, ağ yaylıq kimi sahilə sərilir, narın qumları sığallayıb 
yenidən geri çəkilirdi. Min doqquz yüz otuz səkkizinci ilin qızmar yayınd-a 
Xəzərin Dərbənd sahilində, iri bir qayanın üstündə dayanmış qarayanız, ucaboy, 
arqaz bir gənc əlini gözlərinini üstünə qoyub sakit-sakit mürgüləyən dənizə 
tamaşa edirdi 
(Ə.Muğanlı
). 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin