Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


80 
NİTQİN MƏNTİQİ 
 
Məlumdur ki, təfəkkür insanın idrak fəaliyyəti olub, onun 
şüurunun əsas tərkib hissəsidir. Təfəkkürün məfhum, hökm, əqli 
nəticə kimi əsas formaları məntiq elmi tərəfindən öyrənildiyi kimi, 
şiahi nitqin təfəkkürlə əlaqəsi, xüsusən insanın öz fikrini ötürməsi 
ilə bağlı məsələlər nitqin məntiqinə aid edilir. İnsanın fikir,iradə, 
hisləri bir-biri ilə sıx əlaqəlidir. İnsanın şüurunda vəhdətdə mövcud 
olan fikir, iradə, hislər nitqdə də kompleks şəkildə təzahür edir.
Nitqin məntiqi ortologiya bölməsində (yunanca orthos – düz-
gün, loqos – nitq deməkdir) öyrənilir. Nitqin məntiqinə yiyələnmə-
dən insanın öz fikirlərini məntiqi baxımdan düzgün ifadə etməsi, 
yazılı mətnin səslənən sözlə çatdırılması mümkün deyildir.
Məntiq təfəkkürün qanunları haqqında elmdir. Bu baxım-
dan təfəkkürlə bağlı şifahi nitq hadisələrini nitqin məntiqi ad-
landırmaq mümkündür.
Şifahi nitqin məntiqi təfəkkürün qanun-
larına əsaslanır və informasiya nəzəriyyəsi, dilçiliyin müxtəlif böl-
mələri, xüsusən fikrin çatdırılması təlimi ilə əlaqəlidir. Odur ki, hə-
min bölmələrlə eyni terminologiyaya malik olub, onların şifahi 
nitqin intonasiya-məna ifadəliliyi ilə bağlı müddəalarını tətbiq edir. 
İstər şifahi, istərsə də yazılı nitq müxtəlif informasiyaların da-
şıyıcısıdır. İnformasiya 
əşyavi və aktual
olmaqla iki yerə bölünür. 
Əşyavi informasiya
dedikdə, hər hansı bir əşya, fakt, hadisə 
haqqında məlumatın ona açıq münasibət bildirmədən, qiymətlən-
dirmə aparılmadan çatdırılması nəzərdə tutulur. Belə informasiyanı 
biz bədii əsərdə hadisələrin baş verdiyi yerin, məkanın təsvirini ve-
rən cümlə və parçalarda görürük. 
Əşyavi informasiyanın məzmunu şifahi nitqdə nisbətən neytral 
informasiya vasitəsilə çatdırılır. Belə mətnin ifadəli oxusu zamanı 
ritmik-intonasiya hissələrə ayrılmaya riayət olunması, hər bir ifadə-
də, cümlədə fikrin inkişafının məntiqinin düzgün çatdırılması zəru-
ridir. Bu məqsədlə mətnin hissələri arasında fasilələrin dəqiq mü-
əyyənləşdirilməsi, səsin tonunun qaldırılması və alçaldılması, ritmik 
və məntiqi vurğuların düzgün qoyulmasına nail olunmalıdır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin