92
müəyyən
sözə yönəltdiyi halda, emfatik
vurğu onu emosional ba-
xımdan daha da gücləndirir. Məntiqi vurğulu sözdə danışanın məq-
sədi, emfatik vurğuda isə hisləri əks olunur. Emfatik vurğunun səslə
ifadəsi öz əksini vurğulu saitin uzun tələffüz olunmasında tapır: Sa-
a-kit hava. Təkrar olunan sözlərdə birinci və
ya ikinci söz emfatik
vurğulu ola bilər:
Vu-u-r ! Vur ki, gətirməyibdir arpa. İnsanmı dözər bu şarpa-
şarpa ?
İçərimdən gələn başqa bir səs bu yad yerdə pulsuz-parasız bir qız olduğumu
amansız sərtliklə mənə xatırladır, indi nə edəcəksən? Kəndə necə gedib çıxacaq-
san? Maaşını alana qədər kimdən çörək pulu istəyəcəksən
deyə dalbadal soru-
şurdu. (İ.Əfəndiyev)
Ata, lap heyranam Vidadiyə mən,
Doğrudan o sənə yanır ürəkdən.
Nə təmiz, nə böyük təbiəti var,
Ona bənzəsəydi bütün insanlar!.
S.Vurğun
Yeni doğmuş bir körpəyə
Qul olur, qollanır beşik.
Neçin sevinməsin, niyə?
Sevinir, sallanır beşik.
Ə.Cavad
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "layla balam" çağıran
Azərbaycan, mənim baxtsız anam oy,
Neçə ildir həsrətinlə yanam, oy?
A.İldırım
Məgər ürəyimin bu zamanında
Sən məni heç atıb getməmisənmi?
Mənim kədərimə,
dərdimə bir an
Yad baxıb əlvida etməmisənmi?
Ə.Kərim
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir yolluq unut,
Çiynini dağ kimi ucalıqda tut!