96
işıldayan dərisinə, səyriyən sağrısına, qız teli kimi yumşaq yalına
baxmaqdan
doymayan Niftalı çox vaxt atı yalmanlayıb belinə qalxar, birbaş Kürə sürüb
çimizdirər, çox vaxt da yalına yatıb o üzə adlayardı. O vaxt özünün də, atının da
qorxusu-hürküsü yoxdu. Həm cavan idi, həm də... Amma indi, illah da koxalığa
keçəndən sonra, səksəkəli yaşayırdı...
...Kərəm
hiss etdi ki, onun torlanmaqda olan gözü Kürün o üzünə,
Ceyrançöl düzənliyindən sürüşüb sahil boyu uzanan Qarayazıya, bir az bəridəki
kənd evlərinə, biçənəklərə, kövşənlərə, dərz tayalarına,
mal-qara haylayan uşaq-
lara zilləndi. Biçənəklər yerlərində quruyub qalmışdılar. Yenə meh əsirdi, yenə
taxıl zəmiləri xışıldayır, yenə arxın suyn qırçınlanıb axır, yenə cırcıramalar zil
səslə cırıldayırdılar
(İ.Şıxlı).
Dostları ilə paylaş: