130
məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl şagirdlər
diqqətli olması üçün plan tərtibi üzrə iş aparılacağı barədə xəbərdar
edilir. Əsərin bütünlüklə oxusundan sonra seçilmiş başlıqlar üzrə
plan tərtib edilir.
Süjetli əsərin məzmununun nağıl edilməsi şagirdlərin mətnin
məzmununu dərindən mənimsəmələri şifahi nitqin inkişafı baxımın-
dan mühüm əhəmiyyət kəsb edir. Əsərin məzmununun nağıl edil-
məsi üzrə iş üç formada aparılır:
♦ Məzmunun yığcam nağıl edilməsi;
♦ Məzmunun geniş nağıl edilməsi;
♦ Məzmunun yaradıcı nağıl edilməsi.
Yığcam nağıletmə üçün hazırlıq işi əsərin süjet xəttindəki, ide-
yanın açılmasında mühüm rol oynayan səhnələr, epizodlara diqqət
yetirilməsini, təfərrüatlardan, ikinci dərəcəli məsələlərdən imtina
edlməsini nəzərdə tutur. Odur ki, yığcam nağıletməyə hazırlıq za-
manı əsərdəki əsas və ikinci dərəcəli yerlər əvvəlcədən müəyyənləş-
dirilməlidir. Nağıletmənin məzmununa yalnız əsas hadisələrin, ob-
razların daxil edilməsi nəticəsində şagirdin nitqi yığcamlıq, ay-
dınlıq, fikri az sözlə çatdırmaq kimi keyfiyyətlər əxz edir,
Geniş nağıletmə
şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı
baxımından faydalıdır. Bu zaman məktəblilər mətndən kənara çıx-
mır, əlavələrini onun məzmununa uyğunlaşdırırlar.
Yaradıcı nağıletmə
Dostları ilə paylaş: