Bilal Həsənli Nazilə Abdullazadə


Əsərin məzmununun mənimsənilməsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

Əsərin məzmununun mənimsənilməsi.
Əsərin məzmununun 
dərindən mənimsənilməsi ifaçılıq vəzifəsinin yerinə yetirilməsinin 
mühüm şərtidir. Belə ki, ifaçı əsəri yaxud ondan bir hissəni
oxuyarkən bu və ya digər hadisədən əvvəl nə baş verdiyini, sonra nə 
baş verəcəyini, əsərdə öz əksini tapmış həyati situasiyaları aydın 
təsəvvür etməlidir. 
Sənətkar əsərdə müxtəlif hadisələri, epizodları, səhnələri təsvir 


129 
edir. Əsərin ayrı-ayrı hissələri bir-biri ilə sıx əlaqəli olub əsas 
ideyanın, müəllif niyyətinin açılmasına xidmət edir. 
İrihəcmli əsərləri dərsdə bütövlükdə oxumaq qeyri-mümkün 
olduğu üçün əsərin ideya istiqamətini əks etdirən müəyyən hissə-
lərin seçilib oxunması və şərh edilməsi məqsədəuyğundur. 
“Əsərin ideya, mövzu, məzmununun başa düşülməsi o halda 
mümkündür ki, şagirdlər müəyyən keyfiyyətlərə: təxəyyülə, asso-
siativ təfəkkürə, emosional-mənəvi təcrübəyə malik olsun”.
1
Bədii əsərin məzmununun mənimsədilməsi məqsədilə aşa-
ğıdakı iş növlərindən istifadə olunur:
♦ Əsərin oxusu. Məzmunun mənimsənilməsində ədəbiyyat 
dərslərində geniş tətbiq olunan müəllimin nümunəvi ifadəli oxusu, 
bədii söz ustasının ifasının dinlənilməsi, səsli, səssiz oxu, fasilələrlə 
oxu, proqnozlaşdırılmış oxu müsbət nəticə verir. 
♦ Şagirdlərin mətndəki tanış olmayan sözlərin mənasını dərs-
liyin sonunda verilmiş lüğətdən, eləcə də digər lüğət və sorğu 
kitablarından istifadə etməklə müstəqil aydınlaşdırmaları üçün 
tapşırıqlar. Müəllim sözün mətn daxilində işlənmə məqamına görə 
mənasının şagirdlər tərəfindən düzgün müəyyənləşdirilməsinə 
zəruri hallarda istiqamət verə bilər. 
♦ Süjetli bədii nümunələrin (əfsanə, nağıl, dastan, təmsil, he-
kayə, mənzum hekayə) hissələrə ayrılması, plan tərtibi, məzmunu-
nun müxtəlif formalarda nağıl edilməsi üçün tapşırıqlar əvvəlki 
illərə nisbətən həcmcə böyük əsərlər üzərində həyata keçirilir. 
♦ Əsərin məzmununun öyrənilməsi məqsədilə plan tərtibi əsər-
dəki hadisə və əhvalatların, qəhrəmanın hiss və düşüncələrinin
mənimsənilməsinə xidmət edir. Planı əsərin oxusu zamanı və oxu-
dan sonra tərtib etmək mümkündür. Fasilələrlə oxu, proqnoz-
laşdırılmış oxu metodlarının tətbiq edildiyi dərslərdə əsərin hər 
bitkin hissəsindən sonra fasilə etmək, hər hissəyə başlıq vermək 
daha məqsədəuyğundur. Bu zaman oxunmuş hissəyə başlıq seçil-
məsi onun məzmunu üzrə sual-cavabla birlikdə aparılır. Müəllim 
hər hissənin oxusundan sonra ona necə başlıq verməyin 
1
З.Я.Рез. Об особенностях изучения лирики в школе. В сб. Современные 
проблемы методики преподавания литературы. Куйбышев, 1974, с. 136. 


130 
məqsədəuyğun olduğunu soruşur. Əsərin oxusundan əvvəl şagirdlər 
diqqətli olması üçün plan tərtibi üzrə iş aparılacağı barədə xəbərdar 
edilir. Əsərin bütünlüklə oxusundan sonra seçilmiş başlıqlar üzrə 
plan tərtib edilir. 
Süjetli əsərin məzmununun nağıl edilməsi şagirdlərin mətnin 
məzmununu dərindən mənimsəmələri şifahi nitqin inkişafı baxımın-
dan mühüm əhəmiyyət kəsb edir. Əsərin məzmununun nağıl edil-
məsi üzrə iş üç formada aparılır: 
♦ Məzmunun yığcam nağıl edilməsi; 
♦ Məzmunun geniş nağıl edilməsi; 
♦ Məzmunun yaradıcı nağıl edilməsi. 
Yığcam nağıletmə üçün hazırlıq işi əsərin süjet xəttindəki, ide-
yanın açılmasında mühüm rol oynayan səhnələr, epizodlara diqqət 
yetirilməsini, təfərrüatlardan, ikinci dərəcəli məsələlərdən imtina 
edlməsini nəzərdə tutur. Odur ki, yığcam nağıletməyə hazırlıq za-
manı əsərdəki əsas və ikinci dərəcəli yerlər əvvəlcədən müəyyənləş-
dirilməlidir. Nağıletmənin məzmununa yalnız əsas hadisələrin, ob-
razların daxil edilməsi nəticəsində şagirdin nitqi yığcamlıq, ay-
dınlıq, fikri az sözlə çatdırmaq kimi keyfiyyətlər əxz edir,
Geniş nağıletmə
 
şagirdlərin müstəqilliyi, təxəyyülünün inkişafı 
baxımından faydalıdır. Bu zaman məktəblilər mətndən kənara çıx-
mır, əlavələrini onun məzmununa uyğunlaşdırırlar.
Yaradıcı nağıletmə

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin