Bilal Həsənli Nazilə Abdullazadə


♦ Mətnaltı mənanı müəyyənləşdirin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə78/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Mətnaltı mənanı müəyyənləşdirin.
 
Kərpickəsən kişinin dastanı 
 
Şam şəhərində xeyli qoca bir kişi vardı, 
Pəri kimi, cin kimi camaatdan qaçardı. 
Toxuyardı özünə yaşıl otlardan köynək
O, ruzi qazanardı hər gün palçıq kəsərək... 

 
 
N.Gəncəvi 
 
Ceyran 
 
Elə ki, son bahar
2
min büsat
3
qurur, 
Kolları, kosları yıxıb uçurur, 
Sıxlaşıb bir yerdə baş-başa durur, 
Düşəndə çovğuna, borana ceyran. 
On addım kənarda yatmayır təkə, 
Gəzinir, oylağa baş çəkə-çəkə. 
Gələn qaraltıdır, yoxsa təhlükə? 
Bir özünə baxır, bir ona ceyran.
 
 
 
S.Vurğun
1
Aşıq Ələsgər. Birinci kitab. Bakı: Elm. 1972, s. 172. 
2
Son bahar – payız 
3
Büsat – məclis, təntənə. Burada: şiddətli külək. 


125 
 
Püstə ağacı 
 
Bizim yaşadığımız ev böyük və çox gözəl idi. Ev ikimərtəbəli idi, bütün 
ikinci mərtəbəboyu balkonlar sıralanırdı. Həyətdə isə böyük bir püstə ağacı 
bitmişdi. Elə böyük idi ki, ikinci mərtəbənin balkonuna kölgəsi düşürdü. 
Bizim üçün çox əlverişli ağac idi. Kəşfiyyat oyunu oynayanda onun budaq-
ları arasında gizlənirdik və heç kəs bizi tapa bilmirdi. Bakının heç bir həyətində 
belə böyük püstə ağacı yox idi. Payızda püstə yetişəndə biz onları yığıb bütün 
qonşular arasında bərabər bölürdük. Püstəni əvvəlcə qərargaha toplayır, sonra hər 
mənzilə bir böyük kağız torbada paylayırdıq. Hamı da bizə “sağ ol” deyirdi. 
Həmin gün şənbə idi. Biz qərargahda oturmuşduq. Hamı yığışmışdı və yeni 
qonşuya nə deyəcəyimizi müzakirə edirdik. Biz qərara gəldik ki, o, çox kinli, 
axmaq qadındır və onun bizim evdə yaşamasını istəmirik. 
Hamımız birlikdə onun qapısına yaxınlaşdıq və qapını döydük. Qapını bir 
neçə dəfə döysək də, heç kəs cavab vermədi və biz otağa girdik. 
O, çarpayıda oturub ağlayırdı. Mən heç vaxt bir adamın belə ağladığını gör-
məmişdim. O, bizə fikir vermədən paltar yumaqdan şişmiş, göy damarları çıxmış 
əlləri ilə üzünü tutub ağlamaqda davam edirdi. Onun oğlu və qızı biz gələndən bir 
neçə saniyə sonra qorxu içində susdular, sonra isə səs-səsə verib ağlamağa baş-
ladılar və analarının üstünə atıldılar. Biz isə, polkovniklər, generallar, marşallar 
onun qarşısında durub susurduq. Hamımızı qəhər boğurdu. Biz ona demək istə-
yirdik ki, dünyanın ən gözəl ağacı onun göz yaşlarına dəyməz və yaşlı olsaydıq, 
yəqin ki, elə belə də deyərdik... Bir də ki, belə hallarda yaşlıların nə dediyini 
haradan biləsən
 (M. İbrahimbəyov).
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin