Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 

Can nənə, bir nağıl de 
 
Körpə güldü... Həsrət dolu gözlərindən uçdu qəm
Öpdü onun xəyalını indi özgə bir aləm: 
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz... 
Qucaqladı atasını, sonra kimsə çaldı saz... 
Körpə özü hiss etmədən, onu yuxu apardı, 
Çöldə isə bütün gecə külək tufan qopardı. 
Ə.Cəmil 
 
Qızıl qönçələr 
 
Bu il solğun, qüssəli payızdan sonra şiddətli küləklərlə soyuq bir qış gəldi. 
Qoca Firuzun rütubətli zirzəmisində isə hələ də buxarı yanmırdı, odun yoxdu
qırıq bir lampaya neft güclə çatırdı. Qoca Sürəyyanın gecələr titrədiyini görür, 
səhərə qədər gözünə yuxu getmirdi. 
Qar getdikcə daha şiddətlə yağırdı. 
Şəhər indi bu qış axşamında tamamilə boş və səssiz görünürdü. Xüsusilə 
şəhərin ucqarı olan bu küçədə qışın birinci qarlı axşamında heç kəs gözə 
dəymirdi. İndi soyuq qızın bədəninə işləyir, o titrəyirdi. Hələlik özünü saxlayırdı. 
Lakin gecə keçdiyini görərkən babasına qarşı bir küskünlük duyaraq kövrəldi və 
səssiz-səssiz ağlamağa başladı 
(Ə.Məmmədxanlı).
 
 
 
 
 
 
 
 
 
 
 


128 
BƏDİİ ƏSƏRLƏRİN İFAÇILIQ TƏHLİLİ 
İfaçı tərəfindən əvvəlcədən ciddi hazırlıq işləri, ifaçılıq təhlili 
aparılmadan bədii əsərlərin ifadəli oxusu mümkün deyildir. Bədii 
əsərin mənimsənilməsi və dərk edilməsi, səslənən sözdə yaradıcı 
şəkildə ifadə edilməsi əsərin ifaçılıq təhlilinin aparılmasını, zəruri 
hazırlıq işləri görülməsini tələb edir. İfaçılıq təhlili məqsədyönlü
yaradıcı prosesdir. Mətnin ifadəli oxusuna hazırlıq işləri bir neçə 
mərhələni əhatə edir:
1.
Əsərin məzmununun mənimsənilməsi. 
2.
Əsərin ideya-bədii xüsusiyyətlərinin təhlili. 
3.
Xüsusi təhlil. 
4.
İfaçılıq vəzifəsinin müəyyənləşdirilməsi. 
5.
Nitq texnikası üzrə iş. 
Bədii əsərin oxusuna hazırlıq zamanı ifaçının hazırlıq 
səviyyəsindən, əsərin mürəkkəbliyi, həcmindən asılı olaraq ifaçılıq 
təhlilinin bu və ya digər mərhələsi üzrə işə xüsusi diqqət yetirilir. 
İfaçı mətnin məzmununu bütövlükdə qavrayıbsa, əsərin məktəb 
təhlili aparılmalı, ədəbiyyatşünaslıq materiallarından istifadə etmək-
lə əsərin ideyası, orada qaldırılan mənəvi-estetik problemlər barədə 
dolğun bilik əldə edilməlidir. Əgər ifaçı sənətkarın şəxsiyyəti, yara-
dıcılığı haqqında məlumatlıdırsa, əsərin ideya-məzmununu, dil-
üslub xüsusiyyətlərini mənimsəyibsə, oxunun əsas məqsədinin 
müəyyənləşdirilməsi ön plana çəkilməlidir. Yəni ifaçı həmin əsəri 
dinləyicilərə nə üçün oxuyacağını, mətnin hər hissəsinin ifaçılıq 
vəzifəsini müəyyənləşdirməlidir. 
Beləliklə, ifadəli oxunun əsasında ifaçının əsərlə bağlı düşüncə-
ləri, hisləri, məqsədi durur. Başlıca ifadəlilik vasitəsi isə intonasiya 
baxımından düzgün səslənən nitqdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin