Bilal Həsənli Nazilə Abdullazadə


♦ Yuxarı cədvəldəki nümunədən istifadə edərək mətnlərin ifadəli oxu-



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə88/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

♦ Yuxarı cədvəldəki nümunədən istifadə edərək mətnlərin ifadəli oxu-
suna hazırlaşın. 
Ana südü ilə dağ çiçəyi məlhəmini qoyandan artıq qırx gün keçmişdi. Buğac 
bir gün səhər tezdən qırx igid yoldaşını başına yığıb ova çıxdı. Bir oxu da ya-
yınmadı, bir kəməndi də boşa çıxmadı. Qolu əvvəkindən də güclü idi. 
Axşam gülərüzlü, sevinə-sevinə anasının yanına gəlib əllərindən öpdü və 
dedi: 
– Anacan, atamla görüşməyə hazıram.
Anasının sevincindən gözləri yaşardı. Ata ilə oğulun barışması onun ən bö-
yük arzusu idi.
Anaxatun da, Buğac da yaxşı bilirdilər ki, ata öz təkcə oğlunu boş yerə 
vurub öldürmək istəməzdi. Burada düşmən hiyləsi vardı. Bu hiylənin üstünü aç-
maq lazım idi. 
Buğac anasının dinməyib, gözlərinin yaşardığını, dərin düşüncələrə daldı-
ğını görüb, yalvarıcı bir səslə dedi: 
– Gedək, anacan, gəl, sən də gedək. Gedib atamın əllərindən öpəcəyəm. Bir 
günahım varsa, canım ona qurbandır… 
Ana igid və mərd oğlunu bağrına basıb və dedi: 
– Can bala! Ürəyimdəm xəbər verdin… gedək! 
Ana qırx gözəl qızla, oğul da qırx igidlə birlikdə xan sarayına çatanda gün 
xeyli ucalmışdı. Ana-oğul atdan düşüb içəri girəndə sarayın otaqlarını bomboş, 
xəzinəni isə talanmış gördülər. Onlar nigaran-nigaran saraydan çıxdıqda xanın 
qoca ilxıçısı xəbər dedi: 
– Çaldılar, çapdılar, namərdlər xanı apardılar… Xanın yasavulbaşçısı öz 
xain dəstəsi ilə hamısını aparıb getdi. 
Buğac anası ilə qızları sarayda qoyub, özü atlandı. Qırx igidlə birlikdə 


143 
qaçaqların dalınca at saldı. 
III 
Qaçaqlar səhər tezdən, hələ dan yeri sökülməmiş saraydan çıxıb, bütün günü 
çaparaq getmişdilər. Axşama yaxın sərhədə çatmışdılar. Onlar şax budaqlı qoca-
man bir çinarın dibində doyunca yeyib, al şərabdan işmiş, yatıb xumarlanırdılar.
Qoca xan yalnız bu gün səhər əl-qolu bağlandıqda, sarayın talandığını gör-
dükdə, işin nə yerdə olduğunu başa düşmüşdü…
Xanı ağaca sarımışdılar. O, arxasını qocaman çinarın sağlam gövdəsinə dirə-
yib, gözlərini bir nöqtəyə zilləmişdi. İgid oğlunun nakam taleyini, vəfalı arva-
dının qara bəxtini düşünürdü… 
Birdən xana elə gəldi ki, qarşıdakı təpədə qaralan kollar və ağaclar arasında 
oğlu Buğac öz köhləninin belində bir anda görünüb yox oldu. O, gözlərini 
ovuşdurmaq istəyəndə möhkəm çəkilmiş keçiqılı biləklərini zəncir kimi kəsdi. 
Başı köksünə əyildi. 
Bir az onar xan at ayaqlarının tappıltısını eşidən kimi oldu. Başını qaldırdı. 
Yox, yox, bu, yuxu deyildi. Oğlu Buğac, başında qırx igid, at belində, düz onlara 
sarı gəlirdi… 
Xan sevindiyindən var səsi ilə çığırdı: 
– Buğa-a-ac! 
Xanın bu çığırtısına ayılan qaçaqlar qorxudan donub qaldılar. Buğac qırx 
igid ilə onların başının üstünü alıb, tərpənməyə qoymadı. 
Buğacla bərabər iki igid yoldaşı cəld atdan sıçrayib, çinara sarı yüyürdülər, 
xanın əl-qolunu açdılar, ata ilə oğul bir-birinə sarıldılar. 
İki igid yasavulbaşını tutub, sürüyə-sürüyə apardı və sicimlə çinarın gövdə-
sinə sarıdı. Buğac atasının əlindən tutub, bir necə addım kənara çəkildi və çinarın 
yaxınlığında cərgə vurub, yarımdairə şəklində hazır durmuş igid yoldaşlarına əl 
ilə bir işarə elədi. 
Qırx ox birdən qıjıldayıb, xain yasavulbaşını çinarın kötüyünə mismarladı… 
Buğac üzünü qalan xainlərə tutub dedi: 
– Sizə ölüm azdır. Siz yurdsuz-yuvasız didərginlər kimi yaşamalı, bizim 
xoşbəxtliyimizi, yurdumuzun, elimizin cah-cəlalını görüb, gündə yüz dəfə ölmə-
lisiniz… 
– Gedin, bizim ana yurdumuzdan rədd olub gedin. Gedin! 
(M.Rzaquluzadə)

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin