Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə91/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
 
 
 
 
 
 
 
 
 


147 
TƏMSİLLƏRİN İFADƏLİ OXUSU 
 
Təmsil janrında əsərlər ifaçının inandırıcı, obrazlı-emosional 
ifadəli oxu bacarığına yiyələnməsi üçün daha əlverişlidir. Həcmcə 
kiçik olan təmsilin ideya-məzmununu mənimsəmək, başlıca fikri 
(əxlaqi-tərbiyəvi nəticəni) müəyyənləşdirmək daha asandır. Təmsil 
dinləyici ilə birbaşa ünsiyyətə imkan verir. Bu zaman sözlə təsirin 
məqsədini – ifaçılıq vəzifəsini müəyyənləşdirmək çətin olmur. Mə-
sələn, Ə.Əlibəylinin “İlan və Qurbağa” təmsilində Qurbağa haray 
çəkib İlanın zalımlığını deyir. İlan onsuz da əlindən qaça bilməyə-
cək Qurbağanın bu hərəkətinin səbəbini soruşur. Qurbağa İlanın 
cəllad təbiətli olmasını hamının bilməsini istəyir. 
Bu janrda əsərin öyrənilməsi zamanı şagirdlər rollar üzrə oxu-
nun xüsusiyyətləri ilə tanış olurlar. Təcrübə göstərir ki, şagirdlər 
əsərin bir ifaçı tərəfindən oxunmasına nisbətən, dialoq şəklində 
yazılmış təmsilin rollar üzrə üzrə oxusunda daha həvəslə iştirak 
edirlər. 
Əsərin oxusundan əvvəl şagirdlərin təmsil janrı haqqında bilik-
ləri hafizədə canlandırılır. Məlumdur ki, təmsil həcmcə kiçik olsa 
da, dərin məna ifadə edir. Təmsilin əsas cəhəti tənqidi və satirik 
məzmunda olmasıdır. Sənətkar cəmiyyətdə, insan xasiyyətində mü-
şahidə etdiyi nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvan 
surətləri vasitəsilə əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar 
şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna 
alleqoriya və ya təşxis deyilir. Alleqorik obrazlar vasitəsilə sənətkar 
insanın xasiyyətində, davranıında, əməllərində olan nöqsanları 
tənqid edir və ya müsbət cəhətlərdən söz açır. 
Təmsildəki alleqorik obrazların səciyyəsinin dərk edilməsi,
satira və yumorun başa düşülməsi də ifaçılıq vəzifəsinin yerinə yeti-
rilməsi baxımından çox əhəmiyyətlidir. Təmsil əxlaqi-tərbiyəvi və 
nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif niyyəti 
əxlaqi-tərbiyəvi verilir. Əsərdəki aydın ideya, müəllif niyyəti ifaçı-
nın qarşısında duran vəzifəni - hansı əxlaqi-tərbiyəvi fikrin dinləyi-
ciyə çatdırılacağını aydınlaşdırır.
Təmsilin məzmununun nağıl edilməsi də bu janrın təbiətindən 
irəli gələn mühüm cəhətdir. Bu zaman ifaçı sanki qarşısındakı dinlə-


148 
yicilərə obrazlı-emosional şəkildə maraqlı, ibrətamiz bir əhvalat 
danışır. Rollar üzrə oxu zamanı şagirdlər bir-birini görməli, bir-
birinə müraciət etmək imkanına malik olmalıdır.
Dialoq olmayan əsərlərdə rollar üzrə oxunun təşkilinə ehtiyac 
yoxdur.
 
Müəllim dialoqsuz mətni oxuduqdan sonra müsahibə apar-
maqla şagirdlərin rollar üzrə oxusuna zəmin yaradır.

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin