Bilal Həsənli Nazilə Abdullazadə


♦ ”Tacir və Tutuquşu” əfsanəsinin, Ə.Məmmədxanlının “Buz heykəl”



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

 
♦ ”Tacir və Tutuquşu” əfsanəsinin, Ə.Məmmədxanlının “Buz heykəl” 
hekayəsinin ifadəli oxu xüsusiyyətlərini (cədvəldən, şərti işarələrdən istifadə 
etməklə) müəyyənləşdirin


Tacir və Tutuquşu
 
(əfsanə) 
Biri var idi, biri yox idi, bir tacir var idi. Bir dəfə o uzaq ölkələrə alış-verişə 
gedəcəkdi. Evindəkilərin hamısını yanına çağırıb dedi: 


144 
– Mən gedirəm. Deyin görüm ki, sizin üçün nə gətirim? 
Evdəkilərin hərəsi bir şey istədiklərini dedilər. Tacir hamı ilə görüşüb yola 
çıxmaq istəyirdi. Bu vaxt qəfəsdə oturan tutuquşu – ağası onu həmişə əlinin 
üstündə oturdub yedirər və içirdərdi – taciri öz yanına çağırıb dedi: 
– Mənim də səndən bir xahişim var! 
– Nə xahişin var? – deyə tacir soruşdu. – Əgər mümkündürsə, onu yerinə
yetirməyə çalışaram. 
Tutuquşu dedi: 
– Sənin ticarətə gedəcəyin ölkədə bir ağac vardır. Bu ağacda çoxlu tutuquşu 
yaşayır. Əgər sən bu ağacı gedib tapsan, onda tutuquşulara məndən salam 
söylərsən. Nə cavab versələr gəlib desən, məni çox xoşhal edərsən! 
Tutuquşu tacirə ağacı necə gedib tapacağını öyrətdi. 
Tacir gülüb dedi: 
– Yaxşı! Sənin xahişini yerinə yetirərəm. 
Uzun və çətin səyahətdən sonra tacir gedib həmin uzaq ölkəyə çatdı, mal-
larını satıb, cürbəcür qəşəng şeylər aldı. İşlərini qurtarandan sonra tutuquşunun 
ona dediyi yerə getdi. Gördü ki, burada doğrudan da yekə bir ağac vardır. Bu 
ağacda çoxlu tutuquşu oturub. Tacir qışqırdı: 
– Ey, tutuquşular! Mənim tutuquşum sizin üçün salam göndərir! 
O bu sözü deyib qurtarar-qurtarmaz tutuquşulardan birisi o saat yerə yıxılıb 
öldü. Tacir lap məəttəl qaldı. “Yəqin ki, bu vəhşi tutuquşu mənim tutuquşumun 
yaxın dostu olubmuş ki, onun salam göndərdiyini eşidən kimi yıxılıb öldü”, – 
deyə tacir özlüyündə düşündü. 
Tacir al-əlvan quşlara bir də baxıb şəhərə qayıtdı və yola çıxmağa hazır-
laşdı. 
Tacir sağ-salamat evinə qayıdıb evdəkilərin hamısı üçün də baxşışlarını 
gətirdi. Ancaq o öz tutuquşusuna onun salamına cavab gətirmədi, vəhşi tutuquşu-
nun ölüm xəbərilə tutuquşusunun qanını qaraltmaq istəməyərək, ona heç bir söz 
demədi. 
Onda tutuquşu ondan soruşdu: 
– Ağa, yəqin ki, sən mənim salamımı onlara yetirməmisən? 
– Sənin salamını tutuquşulara yetirdim, ancaq heç bir cavab almadım, – 
deyə tacir ona cavab verdi. 
Tutuquşu çox pərt oldu, soruşdu: 
– Onda de görüm, sən orada nə gördün? 
Əlacsız qalan tacir, əhvalatı danışmağa başladı: 
– Mən sənin dediyin həmin yerə getdim, tutuquşuları gördüm. Mən sənin 
salamını onlara deyən kimi onlardan biri o saat ağacdan yıxılıb öldü. Ona görə də 
mənim sənə deməyə bir sözüm olmadı! 
Tacir bunu danışıb qurtaran kimi tutuquşu səndələyib tardan yıxıldı və 
qəfəsin içinə ölü düşüb qaldı.Tacirin tutuquşuya çox heyfi gəldi və öz-özünə belə 
dedi: 
“Mən nahaq yerə ona dostunun ölümünü xəbər verdim!” Sonra o, tutuquşu-


145 
nun ayağından yapışıb pəncərədən atdı. Birdən tutuquşu silkindi, qanad çalıb 
uçdu. 
Tacir ancaq indi başa düşdü ki, ağacdan yıxılan tutuquşu, özünü ölülüyə 
vurubmuş ki, qəfəsdəki tutuquşuya azadlığa çıxmağı öyrədə bilsin. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin