150
ifaçılıq vəzifəsini, fasilələrin yerini, məntiqi vurğulu sözlərin müəy-
yənləşdiməyi tapşırması məqsədəuyğundur.
Günlərin bir günündə /
Bir zalım İlan, //
Bir Qurbağa tutmuşdu /
Göl qırağından. //
Qışqırırdı Qurbağa, /
Hey dad edirdi. //
Dağa-daşa səs salıb, /
Fəryad edirdi. //
Şagirdlərə müzakirə nəticəsində aydın olur ki, bu parçada göl
qırağında baş vermiş bir hadisə – İlanın Qurbağanı tutması haq-
qında dinləyiciyə məlumat vermək vəzifəsi qarşıya qoyulur. Həmin
hissə məzmuna uyğun olaraq nağılvari, sakit, aramla oxunmalıdır.
Digər sual şagirdləri obrazların dialoqunun necə çatdırılması,
danışıq tərzinin müəyyənləşdirməyə sövq etməlidir. Bu məqsədlə
bütün qruplara eyni tapşırıq verilməsi faydalıdır:
–
Təmsildə Qurbağa və İlanın sözləri necə oxunmalıdır? On-
ların danışıq tərzi necədir?
Bu sualla əlaqədar İlan və Qurbağa obrazlarının xarakteri haq-
qında kiçik sorğu aparılmaqla, əsərin məzmunu və təhlili üzrə
dərsdə qazanılmış biliklər bit daha hafizədə canlandırırlır.
Şagirdlərə izah edilir ki, oxu prosesində İlan və Qurbağanın
dediklərindən asılı olaraq onların nitqinin tonu, tembri müəyyənləş-
dirilməli, işarələnməli və buna müvafiq ifadəli oxusu həyata ke-
çirilməlidir. Sonra qruplar verilmiş mətn üzərində hər parçaya uy-
ğun ifaçılıq vəzifəsini, oxuda intonasiyanın aldığı çaları müəyyən-
ləşdirir, bəzi şərti işarələrdən istifadə edirlər.
Dostları ilə paylaş: