Bilal Həsənli Nazilə Abdullazadə



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə100/155
tarix13.12.2023
ölçüsü2,8 Kb.
#174758
növüDərs
1   ...   96   97   98   99   100   101   102   103   ...   155
B.Həsənli. Abdullazadə N.İfadəli oxu. 2015 (1)

pafos
deyilir. Ehtiras hissi, pafos isə 
mənəvi anlayışdır. Şeirə canlılıq, coşqunluq və bununla da estetik 
təsir imkanı verən 
patetika 
(bəlağət!) də məhz pafosdan irəli gəlir. 
Məlumdur ki, ədəbiyyatımızda lirik əsərlər heca, əruz vəznində 
və sərbəst şeir şəklində yazılır. 
Heca vəzni
dilimizin təbiətinə, 
xüsusiyyətlərinə, ahənginə ən uyğun olan vəzn sayılır. Bu vəzndə 
yazılmış əsərlərin hər misrasında hecaların sayının bərabər olması 
əsas götürülür.
Lakin şeir ölçüsünə ancaq qrafik ( yazı) cəhətdən 
deyil, tələffüz nöqteyi-nəzərindən yanaşmaq lazımdır. Say etibarilə 
bəzən misranın birində heca əskik ola bilər. Lakin tələffüzdə həmin 
əskiklik duyulmur. Heca vəznində yazılan şeirdə 1-2 heca fərqi ola 
bilər.
2
Azərbaycan ədəbiyyatında iki hecalıdan on altı hecalıyadək 
şeir nümunələri vardır. 
Şeirdə hecaların çoxluğu və ya azlığı misranın təkcə həcmini 
yox, həm də ləngərini(ritmini) müəyyən edir. Təbii ki, məsələn , 7 
hecalı şeirlə 16 hecalı şeirin ritmi eyni ola bilməz.
3
Əzizim, gül üşüdü. 
Şeh düşdü, gül üşüdü. 
Güldün, əqlim apardın 
Bu becə gülüş idi. 
1
Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq terminləri lüğəti. Bakı: Maarif, 1978, s. 137.
2
Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Maarif, 2002, s.47.
3
Şəmsizadə N. Ədəbiyyat nəzəriyyəsi. Bakı:Proqress, 2012 s. 279-280.


165 
Bu isə 16 hecalı şeir nümunəsidir: 
Sevgilimə yetirərsən, tərk elədim bu həyatı, 
Ürəyimdə əziz vətən, dodağımda onun adı.
Heca vəznli lirik əsərlərin ifadəli oxusunda nəzərə alınmalı 
məsələlərdən biri də 
misradaxili
bölgü (təqti)
ilə bağlıdır. Bölgü 
şeirdə ahəng yaradan, onu tarazlaşdıran, qüvvətləndirən əsas şərt-
lərdən biri sayılır. Bölgü nitqdə, ifadəli oxudakı fəsilələrlə bağlıdır. 
Fasilə nitqi nizamlayır, nəzərdə tutulan fikri, mənanı çatdırmağa 
imkan verir. Lazımi məqamda fasilə edilməməsi mənanın, fikrin 
təhrif olunması ilə nəticələnir.
Misradakı bölümlər 
fasilə
ilə bağlıdır. Şeirin ilk misrasında 
neçə hecadan sonra fasilə varsa, digər misralarda da həmin sayda 
hecadan sonra fasilə edilir. Heca vəznli şeirlərdə misradaxili bölgü 
bütöv söz prinsipi ilə aparılır. Misradaxili bölgüyə əsaslanan fasilə 
sözün daxilində - hecalara parçalanması ilə yox, sözlərarası – söz 
bitəndən sonra edilir. 
Əsərdəki misradaxili bölgüdən asılı olaraq, 7 hecalı şeirdə əsas 
bölgü iki yerdə (5-2 və ya 4-3 şəklində bölgü), 11 hecalı şeirdə əsas 
bölgü iki və ya üç yerdə (6-5, 4-4-3 və s. şəklində bölgü), 16 hecalı 
şeirdə əsas bölgü 4 yerdə (4-4-4-4) olur. Şeirdə misradaxili bölgü 
ifadəli oxuda öz əksini müvafiq məqamlarda edilən fasilələrdə tapır. 
Məktəb təcrübəsində Ə.Cavadın “Azərbaycan! Azərbaycan!”şeirinin
 
ifadəli 
oxusuna hazırlıq zamanı əsərin məzmununun mənimsənilməsinə və təhlilinə 
xüsusi diqqət yetirilir
1
.
Məzmun üzrə iş zamanı aşağıdakı suallardan istifadə olunur: 
1. Şeirdə doğma təbiətin mənzərələri necə təsvir olunmuşdur? Cavabınızda 
şeirdən seçdiyiniz numunələrdən istifadə edin. 
2. Şeirdə olkəmizin təbii sərvətləri barədə hansı fikirlər əksini tapmışdır? 
3. Şeirdə bədii təsvir vasitələri işlənilmişdirmi? 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin